Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Kimsə qışqırdı ki, "Mamed otağı yandırdı...""

Tarix: 05-09-2018 13:53     Baxış: 3253 A- / A+
"Kimsə qışqırdı ki, "Mamed otağı yandırdı...""


Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilib.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azər Paşayevin icraatında olan prosesdə M.Abdullayevin istintaqın və məhkəmənin düzgün ədalətli aparılmamasına etiraz olaraq aclıq aksiyasına başladığı barədə ərizəsi hakimə təqdim edilib.

M.Abdullayev sentyabrın 4-dən aksiyaya başladığını deyərək özünün məhkəmə zalından çıxarılmasını istəyib. Lakin o, zaldan çıxarılmayıb.

Zərərçəkmişlərdən bəziləri də yerdən replika ilə M.Abdullayevin həbsinə etiraz edərək "oxranın nə günahı var? Biz ora arxalanıb xəstə qoyduq, onlar bizə külünü qaytardılar" deyiblər.

Rüşvət alaraq xəstə Məhəmməd Məmmədovu qanunsuz olaraq Mərkəzdə saxlamaqda ittiham olunan həkim Afət Məmmədov özünü təqsirli bilməyib: "Mən heç kimdən rüşvət almamışam. Sadəcə, Mamed dayının oğlunun xahişi ilə dükandan siqaret, çay alıb verirdim. Bilsəydim ki, buna görə məhkəmə qarşısına çıxarılacağam, heç vaxt etməzdim. Mən hadisə vaxtı təkmilləşdirmə kursuna gedirdim deyə xəstələrin yanında olmurdum. Mamed dayıya demişdim ki, səni evə yazacağam. Amma Mərkəzə gələndə qəbul həkimi dedi ki, Mamed dayı vəziyyəti ilə əlaqədar hələ də qalmalıdır. Özünə də bu barədə deyəndə sakit reaksiya verdi".

T.Məmmədhəsənov və M.Abdullayev indiki mərhələdə ifadə verməkdən imtina ediblər.

Zərərçəkmiş Arifə Abbasova yanğında qardaşı Akifin, Məhbubə Dəmirova isə əri ilə onun əmisi oğlunun öldüyünü deyib: "Ərim yanğından 3 gün əvvəl orada müalicəyə başlamışdı. Deyirdi qocalmışam, nəvəm olacaq, qoy bu işlərin daşını atım. Gedəndə müalicə üçün 400 manat aparmışdı, yanğından sonra həkimlər onu özümüzə qaytardı".

Mərkəzdə müalicə olunan və yanğından sağ çıxan Hüseyn Səfərəliyev isə hadisəni belə xatırlayıb: "Səhər tualetdən qayıdanda dəhlizə tüstü dolmuşdu. Kimsə qışqırdı ki, "Mamed otağı yandırdı, su gətir". Mən isə adamları oyatmağa qaçdım. Bizim korpusun bir qapısı mismarlanıb bağlanmışdı, ikincisi açıq idi. Xəstələr də həmin qapıya kimi gələ bilməyib pəncərələrin "raşotka"larını sındırıb çıxmaq istəyirdi. Bir nəfər var idi, elə qapının ağzında külə dönmüşdü.

Mənim müalicəm üçün valideynlərim 600 manat vermişdi".

Proses sentyabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, yanğın nəticəsində 25 nəfər xəstə ölüb, 29 nəfər xəsarət alıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar