Xəbər lenti
Azərbaycanda üçəm körpə doğuldu - ANCAQ... - FOTO
"Dünyaya körpə gəlir!" Bu cümlənin yaratdığı sevinc hissi insanda var olmaq, yaşamaq əzmini artırır. Ola ki, o körpə sənin öz ailəndə dünyaya gəlir. Sən ana olursan, ata olursan... Əslində hər yeni doğulan körpə həyat davam edir deməkdir. Hər hansı söz, körpənin ailəyə bəxş etdiyi sevinc hissini, xoşbəxtlik duyğusunu ifadə etmək qüdrətində deyil. Əslən Kəlbəcərdən olan
Məmmədəliyevlər ailəsinin qismətinə üçqat sevinc payı düşüb. Belə ki, bu günlərdə ailədə ikisi qız, biri oğlan olmaqla üçəm dünyaya göz açıb.
Təəssüf ki, qayğı və problemlər ailənin bu sevinci doyunca yaşamasına mane olur. Mingəçevir şəhərində "Dəmir-beton zavodu" deyilən ərazidə yaşayan Sahib Məmmədəliyev və ailəsinin vəziyyəti olduqca acınacaqlıdır. Uçuq-sökük, heç bir şəraiti olmayan "mənzildə" yaşayan ailə hər an təhlükə ilə üz-üzədir. Hər tərəfdən çat vermiş divarlar evin istənilən vaxt uçma ehtimalını artırır. Körpələrin bu cür təhlükəli, uyğunsuz şəraitdə sağlam böyüməsindən söz belə gedə bilməz və heç ağlasığan deyil. Sağlam gələcək nəsil yetişdirmək istəyən bir cəmiyyətin məqsəd və missiyasına kölgə salan bu cür hallar nəticədə cəmiyyətin hərtərəfli ziyanınadır. Bir ailədə üç sağlam uşaq dünyaya gəlib və onlar normal şəraitdə yaşamalıdır. Əks halda cəmiyyət fəsadların növbəti xəstə uşaqlar (Allah qorusun) "töhfəsindən" yayına bilməyəcək.
Ev problemi azmış kimi ailə üstəlik işsizlikdən də əziyyət çəkir. Uşaqların anası evdar qadın, ataları isə iş düşəndən-düşənə günəmuzd işləyən fəhlədir.
Bir ailənin problemləri sevincini üstələyir. İnanırıq ki, aidiyyəti qurumlar maddi durumu ağır olan bu ailəyə biganə qalmayacaq, problemlərinin həll olunmasında köməklərini əsirgəməyəcəklər. Ən azından gələcəyimiz olan körpələrin xətrinə...
Sevinc Qərib
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar