Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Seulda ağacın qurumaması üçün sistem köçürürlər, Bakıda ağacı qurutmaq üçün dibinə zərərli maddə tökürlər - Foto

Tarix: 25-07-2018 15:00     Baxış: 4949 A- / A+
Seulda ağacın qurumaması üçün sistem köçürürlər, Bakıda ağacı qurutmaq üçün dibinə zərərli maddə  tökürlər - Foto



İki ağac paylaşıram: Birinci ağacı keçən il Cənubi Koreyanın paytaxtı Seul şəhərində çəkmişəm. Ağac sozalmağa başlayıb, hansısa budağı quruyur. Şəhər bələdiyyəsi tərəfindən ağac yüksək qoruma altına alınıb, ağaca sistem köçürürlər.

Ağacın müalicə aldığı bölgədə yüksəkdən danışmamaq, səs salmamaq, ağacın dibinə maye tökməmək xahiş olunur. Bu mənzərəni görəndə heyrətlənmişdim açığı. Baxmayaraq ki, şəhər başdan-ayağa yaşıllıqlar içərisindədir, lakin bununla belə, bir budağın belə qurumasına dözmür koreyalılar.

İkinci ağac isə Bakının Yasamal rayonu Şərifzadə küçəsində yerləşən yaşıllıq zolağında çəkilib. 10 ədəd şam ağacının dibinə zərərli maddə - sulfat turşusu tökərək onu qurutmağa çalışıblar. Əlbəttə, bunu edən şübhəli şəxs Zəngilan rayonundan məcburi köçkün olan və hazırda Yasamal rayonu ərazisində yaşayan Real Göyüşov şübhəli şəxs qismində saxlanılıb. Ona Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 260.2-ci (meşələri ümumi təhlükəli üsulla məhv etmə) maddəsi ilə cinayət işi də başlanılıb. Hesab edirəm ki, bu şəxs sadəcə icraçı olub, kimlərsə bu adamı qabağa verib, ağacları onun vasitəsilə qurutduracaq, sonra o ağacların yerində kimlərsə göydələnlər ucaldacaq.

Seulda ağacın qurumaması üçün sistem köçürürlər, Bakıda ağacı qurutmaq üçün dibinə zərərli maddə  tökürlər - Foto


Bəlkə də kimlərsə Koreya ilə Azərbaycanı belə bir müqayisəmi qüsurlu saya bilər. Amma mən yüksək inkişaf etmiş bir çox ölkələrdə olarkən müşahidə etmişəm ki, bu inkişafın mənbəyində həm dövlətin, həm də cəmiyyətin bütün fərdlərinin öz ölkələrinin təbii resurslarına, təbii qaynaqlarına anlayışlı və sayğılı münasibətləri durur. Ağaclar, yaşıllıqlar bir ölkənin sadəcə ağciyərləri deyil, həm də qüruru, o toplumun dünyagörüşü, Tanrıya münasibəti, Vətənə sevgisidir! Xatırlayırıqmı görəsən, 30 il öncə Qarabağda - Topxana meşəsində ağaclarımıza balta qaldıranlara qarşı millət olaraq necə dirənmişdik, necə ayaqlanmışdıq?!

Məncə, Bakının iqlimini, ağac yetişdirməyin çətinliklərini də nəzərə alaraq, ağac kəsənlərə insanı qətlə yetirənlərlə eyni cəzanı verməliyik!..

İlqar İlkin

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar