Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Gənc şair Anara şeir yazdı: "Başına dönüm sənin, Ay Birliyin kralı"

Tarix: 24-07-2018 10:05     Baxış: 31 358 A- / A+
Gənc şair Anara şeir yazdı: "Başına dönüm sənin, Ay Birliyin kralı"


Gənc şair Elşad Barat Xalq yazıçısı Anara ünvanladığı məktub-şeiri redaksiyamıza yollayıb. Manevr.az həmin şeiri təqdim edir:

Yaxşı Anarın nağılı

Evdə acdı uşaqlar,
Yığılmışam boğaza,
Məcburam ki, bu gündən,
Qələm həqiqət yaza.

Bu günkü qəhrəmanım,
Anar müəllim olsun.
Hələ ki, fikirlərim,
Bir az mülayim olsun.

Başına dönüm sənin,
Ay Birliyin kralı,
Bəs deyilmi bu qədər?
Bir az dayan aralı.

Otuz ildi tutmusan,
Ədəbiyyat yolların.
Doğramısan gənclərin,
Ayaqların, qolların.

Ancaq ki, iyləməkçün,
Gənc çiçəyin var sənin.
Mən demirəm, xalq deyir,
Daş ürəyin var sənin.

Ürəyinə daş deyən,
Xalqdan uzaq qalmısan.
Hələ xalq yazıçısı,
Adını da almısan.

Ayıbdı allah haqqı,
Qürurundan ayıbdı,
Təhminəndən ayıbdı,
Zaurundan ayıbdı.

Gözümüzdən salmısan,
Hər abzasın, cümləsin,
Beşmərtəbəli evin,
Altıncı mərtəbəsin.

Gənclər acından ölsün,
Sən ye əti, balığı.
Küsmədimi iştahın.
Ay sovetin qalığı?

Səksəni də keçmisən,
Getməyə həvəsin yox.
Qurultaydan həqiqi,
Bircə dənə səsin yox.

Özündən də savayı,
Düşünginən birini.
Qalx ayağa nə olar,
Bir gəncə ver yerini.

Məni tanıyan bilir,
Böyüyə hörmətim var,
Balam söz konususa,
Aslan cəsarətim var.

Bağışla ki, nəzmlə,
Bu gün yola verəcəm,
Əsl fikirlərimi,
Köşələrlə deyəcəm.

Elşad Barat

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar