Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yeni qoyun növü yaradılıb

Tarix: 19-07-2018 10:05     Baxış: 4314 A- / A+
Azərbaycanda yeni qoyun növü yaradılıb

Azərbaycanda yeni qoyun cinsi pasportlaşdırılır. Lerik rayonunun “Lerik Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-də yetişdirilən “Pirəsora” qoyunları xalq seleksiyası nəticəsində çarpazlaşdırma yolu ilə yetişdirilib, yüksək yun, ət, yağ, balavermə qabiliyyətinə malikdir. Lerik zonasında geniş yayılmış bu qoyun sortu Pirəsora kəndinin şərəfinə “Pirəsora” qoyunu adlandırılıb.

Manevr.az Azərtac-a istinadən xəbər verir ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Fizuli Mirzəyevin sözlərinə görə, Pirəsora qoyunları xalq seleksiyası yolu ilə yaradılıb və bu günə kimi öz varlığını saxlayıb. İnstitutun mütəxəssisləri Pirəsora qoyunlarının əlamətlərini götürmək və yaxın gələcəkdə bu qoyunların cins kimi təsdiq olunmasında lazımı materialların toplamaq məqsədilə Pirəsora yaylağında tədqiqat aparıblar. “Qoyunlar qədim zamanlardan Lerik rayonunda saxlanılıb və xalq tərəfindən yetişdirilib. Çarpazlaşdırma yolu ilə təsdiqlənəcək cinsin eksteryer göstəriciləri xeyli yüksəldilib. Cinsin təsdiq edilməsi üçün bir neçə meyar var. Əsas meyar isə qoyunların baş sayı, eksteryer göstəriciləri, eyni arealda yerləşməsidir. Bütün bu göstəricilərə görə Pirəsora qoyunları cins kimi təsdiq olunmağa layiqdir və yaxın vaxtlarda əldə olunmuş materiallar və elmi araşdırmalarin nəticələri cinsin təsdiq edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunacaq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar