Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda tuneli bağlayıb şampan partladan gənclər həbs edildi - VİDEO

Tarix: 18-07-2018 21:50     Baxış: 4304 A- / A+
Bakıda tuneli bağlayıb şampan partladan gənclər həbs edildi - VİDEO



Bakıda körpünün altında şampan partlatmaqla tuneli kəsən toy karvanının sürücüləri saxlanılıb.

DİN mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxslər aşkar olunaraq məsuliyyətə cəlb edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu xuliqanlıq əməlini törədən 7 avtomobil aşkar edilib, 5 nəfər sürücü həbs edilib. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə şampan partladan və fişəng atan 5 nəfər də məsuliyyətə cəlb edilib. Həbs edilən sürücülər 1 il sürücülük hüququndan məhrum edilməklə 20 sutka azadlıqdan məhrum ediliblər.

Həbs edilən şəxslər Binəqədi rayon sakinləri 90 BV 896 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Bürhanəddin Əliyev, 90 UT 031 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Rəsul Rəsulov, 99 MN 399 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Qusar rayon sakini Orxan Hacıbalayev, 10 CP 063 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Abşeron rayon sakini Rəşad Cabbarov, 10 NX 240 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Cəbrayıl rayon sakini Elməddin Əliyevdir.apa

Qeyd edək ki, Bakıda toy karvanında hərəkət edən bir qrup şəxs körpünün altındakı tuneldə yolu kəsərək şampan partladıb, nəticədə digər sürücülər tıxacda qalıb. Sosial şəbəkələrdə yayılan bu görüntülər cəmiyyətdə narazılıqla qarşılanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar