Xəbər lenti
Xanım və kişi prezidentin tribunada SƏMİMİ GÖRÜNTÜLƏRİ: Putinin gözü qarşısında... - FOTO
Xəbər verdiyimiz kimi, dünən futbol üzrə Dünya Çempionatının final mərhələsində Fransa və Xorvatiya yığmaları qarşı-qarşıya gəlib.
Manevr.az məlumatına görə, möhtəşəm finalı Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç, Fransa prezidenti Emmanuel Makron, Rusiya prezidenti Vladimir Putin və FİFA prezidenti Canni İnfantino tribunada birgə izləyiblər. Tribunadan oyunu izləyənlər arasında Fransa prezidenti Makronun xanımı Bricit Macron da olub.
Fransanın 4-2 üstünlüyü ilə bitən matçda qollar vurularkən, prezidentlər “Fair Play” nümayiş etdirərək bir-birilərini təbrik ediblər. Finala iki ölkə prezidentinin səmimi görüntüləri damğa vurub.
Final matçından sonra mükafatlandırma mərasimi zamanı yağış maraqlı görüntülərə səbəb olub. Mühafizəçiləri Rusiya prezidenti Vladimir Putini yağışdan qoruyarkən, FİFA-nın prezidenti Canni İnfantino, Fransa prezident Makron, Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç yağışdan qaçmayıb. Makronla Kolinda bir-birinə qucaqlaşaraq sevinclərini paylaşıblar.
Xorvatiya prezidentinin futbol millisinin baş məşqçisi Zlatko Dalici təsəlli etməsi anları da xüsusilə maraq kəsb edib. Son günlərdə dünya mətbuatının diqqət mərkəzində olan Kolinda Qrabar-Kitaroviç daha sonra turnirin ən yaxşı oyunçusu seçilən Luka Modriçi bağrına basaraq səmimi şəkildə təbrik edib.publika.az
Manevr.az









Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar