Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şahlar Əsgərov : "Bu müdafiə bizim adət etdiyimiz müdafiə proseslərindən xeyli fərqli və mütərəqqidir"

Tarix: 09-07-2018 20:12     Baxış: 2696 A- / A+
Şahlar Əsgərov


Son zamanlar elm xadimlərimizin, eləcə də gənclərimizin elmi nailiyyətlərinin xoş sorağı alınmaqdadır. Bu Azərbaycan alimlərinin dünya səviyyəli araşdırmalarından xəbər verir. Professor Şahlar Əsgərov iyul ayının əvvəlində Şimali Kipr Türk cümhuriyyətində səfərdə olub. Professor C. Məsimi adlı soydaşımızın magistratura səviyyəli elmi işinin müdafiəsində iştirak edib. Və səfər çərçivəsində bir sıra elm və siyasi xadimlərlə görüşü olub.
Orada qarşılaşdığı insanlar, Doğu Akdeniz Universitetində yeni metodla aparılan müdafiə prosesi professorda müsbət təəssüratlar yaradıb, o, öz fikirlərini Manevr.az saytı ilə bölüşüb: "02-07 iyul 2018-ci il tarixlərində Şimali Kipr Türk cümhuriyyətində səfərdə idim. İstedadlı tələbəm Cəfər Mənsiminin “Azərbaycandakı Dövlət Məktəblərinin Brendləşdirilməsi Ehtiyacının Dəyərləndirilməsi” adlı elmi işinin müdafiəsində iştirak etdim. Deməliyəm ki, mən elmi komitənin üzvü kimi Azərbaycanı təmsil edirdim. Magistirantura müdafiəsində diqqətimi xeyli məqam çəkdi. Bu müdafiə bizim adət etdiyimiz müdafiə proseslərindən xeyli fərqli və mütərəqqidir.
Öncə ondan başlayım ki, Cəfər Mənsiminin mövzusu olduqca yeni, maraqlı və çox əhəmiyyətlidir. Bu elmi komitənin bütün üzvlərinin ortaq fikiri idi. Hətta elmi komitənin sədri Prof.Dr. Mehmet Çağlar Cəfərə PHD-də onunla birlikdə çalışmaq təklifini etdi. Şimali Kiprdə və bir sıra xarici ölkələrdə belədir ki, PHD-də səninlə çalışmaq istəyən varsa, deməli sən artıq PHD tələbəsisən. Bu münasibət ilə tələbəmi təbrik edirəm. Cəfərin düşüncə tərzi ictimai mənafe üzrə inkişaf etdiyi üçün o fərq yaratmaqda davam edəcək.
Yazmışdım ki, elmi müdafiə bizim müdafiələrdən xeyli fərqlənir. Bu fərq nədədir? Bu komitənin 5 üzvü vardı. Və belə quruluş müzakirənin daha səmərəli olmasına imkan yaradırdı. Eləcə də qəbul edilən qərarda hər hansı xəta olarsa, bunun aradan qaldırılması daha tez başa gəlir. Amma Azərbaycanda necədir? Təxmini 30 nəfər iştirak edir, fikir paylaşır... Qəbul edilən qərarda hər hansı xəta olarsa, bunun haradan gəldiyini müəyyənləşdirmək çətinləşir. Fikirimin daha aydın olması üçün: 4 ayaqlı stulda oturmaq rahatdır yoxsa 40 ayaqlı?..
Cəfərin iki elmi rəhbəri (Yrd.Doç.Mine Sancar və Prof. Dr. Mehmet Durdu Karslı) olduğu üçün elmi komitənin 5 üzvü vardı. Əgər bir elmi rəhbəri olsaydı, elmi komitənin üzvləri 3 nəfərdən ibarət olacaqdı.
Elmi müdafiəyə sədrliyi Prof.Dr. Mehmet Çağlar edirdi. O ünvanladığı suallarla hər kəsin müzakirədə fəal iştirakına şərait yaratdı. Müzakirə isə tənqidi düşüncə üzərində aparılırdı. Üzvlər fikirləri ilə elmi işin daha da inkişafına çalışırdı.
Və beləliklə, Cəfər elmi işini uğurla müdafiə edərək Doğu Akdeniz Universitetinin Təhsil fakultəsindən təhsilin idarə olunması ixtisası üzrə magistirantura məzunu oldu. Onun elmi işində dövlət məktəblərinin brendləşdirilməsi üçün xeyli strategiya yer alıb. Bu hər birimizin uğurudur, ölkəmizin xaricdə uğurla təmsil edilməsi və yeniliyə imza atmasıdır. Tarixdə məhz belə işlər qalacaq.
Sonda Cəfərlə şəkl çəkdirdik. Sağımda Prof.Dr.Mehmet Çağlar, Yrd.Doç.Mine Sancar, Prof.Dr.Mehmet Durdu Karslı, Cəfər Mənsimi və Yrd.Doç. Emrah Öney dayanıb.
Bir daha təbriklər, əziz tələbəm.

P.S Cəfər elmi müdafiəsində hər birimiz üçün surpriz hazırlamışdı. Bizə təqdim edilən tort qablarının içində taxta üzərində əks olunan şəkilimiz yer almışdı. Tortu yeyəndən sonra öz şəkilimiz ilə rastlaşdıq. Cəfər bununla mesaj verməyə çalışmışdı ki, insan nəyinsə dərinliyinə varmaq istədikdə özü ilə rastlaşır..."

Şahlar Əsgərov
Şahlar Əsgərov

Şəkildə Prof.Şahlar Əsgərov, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Eroğlu və Cəfər Mənsimi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar