Xəbər lenti
Rusiya əhalisi kəskin azalır - ÜMİD DÜNYA ÇEMPİONATINADIR
Futbol üzrə dünya çempionatı Rusiyada demoqrafik artıma səbəb ola bilər.
APA TV-nin məlumatına görə, Rusiya sosioloqları çempionatın azalma müşahidə olunan doğuş problemini həll edə biləcəyinə ümid edir.
Bu, sovetlərin dağılmasından sonra əhalisi azalan Rusiya üçün yaxşı xəbər ola bilər. İkinci Dünya müharibəsindən bu yana ilk dəfə ölkədə ölənlərin sayı doğum sayını keçib. İqtisadiyyatın zəifləməsi, həyat səviyyəsinin pisləşməsi və artan ölüm halları əhalinin azalmasının əsas səbəbləri hesab olunur. Mütəxəssislər proses dayandırılmasa, əhalinin sayının 2050-ci ildə 111 milyon nəfərə düşəcəyi ilə bağlı xəbərdarlıq edib.
Rusiya prezidenti Vladimir Putin rusların daha çox doğması üçün bir çox layihələr həyata keçirib. İndi ümid futbol yarışlarına qalıb.
1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatından sonra doğum sayının artdığı bildirilir. Almaniyada da 2006-cı ildəki dünya çempionatından sonra doğuşlar 15 faiz artıb.
2014-cü il dünya çempionatına ev sahibliyi edən Braziliyada da Almaniyaya ağır məğlubiyyətdən sonra doğuş sayında partlayış olub. Rəsmi hesabata görə, 2015-ci ilin mart ayında doğulan uşaqların sayı ötən ilə müqayisədə 7 faiz daha artıq olub.
Sosioloqlar bildirir ki, təkcə dünya çempionatları deyil, digər futbol yarışları da doğuş sayına müsbət təsir edir. Xüsusilə ölkə komandasının qələbə qazanması həyəcan dolu bir gecə və doqquz ay sonra doğulacaq çoxlu uşaq deməkdir. Rusiya millisi iyulun 1-də İspaniya komandasına qalib gəlsə, rus qadınlardan doğuş rekordu gözləmək olar.
Qeyd edək ki, 1980-ci ildə SSRİ-də keçirilən Yay Olimpiya Oyunlarından sonra Moskvada doğuş sayında ciddi artım müşahidə olunmuşdu. Doqquz ay sonra Sovet imperiyasının paytaxtında müxtəlif rəngli uşaqlar doğulmuşdu. Mətbuat onları zarafatla "Olimpiada uşaqları" adlandırırdı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar