Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili: Sosial şəbəkələr intihara gətirib çıxarır

Tarix: 08-06-2018 17:01     Baxış: 4369 A- / A+
Millət vəkili: Sosial şəbəkələr intihara gətirib çıxarır

Sosial şəbəkələr vasitəsilə övladlarımız müxtəlif dini radikal qruplara meyllənir, bəzən bilərəkdən və ya bilməyərəkdən şantaja, təhqirə, təhdidə məruz qalır, hər gün cinayətkarlığı təbliğ edən informasiya ilə rastlaşır, bəzən intihara və evdən qaçmaya təhrik olunur.

Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Sona Əliyeva deyib.

Onun sözlərinə görə, günümüzün reallıqlarından biri də odur ki, televizor, kompüter və digər texnoloji avadanlıqlar uşaqlarımızın ilk tərbiyəçisidir:

"Valideynlərə və özümüzə sual verək, gün ərzində uşaqlarımıza nə qədər vaxt ayırırıq, dünya və virtual aləmdə necə vaxt keçirməsindən tam olaraq məlumatlıyıqmı?

Sirr deyil ki, sosial şəbəkələr vasitəsilə övladlarımız müxtəlif dini radikal qruplara meyllənir, bəzən bilərəkdən və ya biıməyərəkdən şantaja, təhqirə, təhdidə məruz qalır, hər gün cinayətkarlığı təbliğ edən informasiya ilə rastlaşır, bəzən intihara və evdən qaçmaya təhrik olunur, bura qorxu və həyəcan məzmunlu müxtəlif informasiyanı da daxil etsək, mənzərə tam olur.

Burda internetin və sosial şəbəkələrin pis və təhlükə dolu olduğu fikrini yaratmağa çalışmıram, lakin, təsəvvür etsək ki, övladlarımız bu sərhədsiz, demək olar ki, nəzarətsiz virtual dünyanın tam ortasındadırlar, bu məkanda baş verə biləcək mümkün təhlükə və hadisələr haqqında düşünməyə dəyər.

Reallıqda isə bununla bağlı bir çox hadisələrin də şahidi olmuşuq.

Yəqin ki, uşaqlarımızın virtual aləmdə təhlükəsizliyinin necə təmin olunmasını, baş verə biləcək xoşagəlməz hallardan necə qorunmasının mümkünlüyünü tamlığı ilə anlamırıq və bununla bağlı bir qeyri müəyyənlik hökm sürür.

Adətən, küçədə özümüz və uşaqlarımız yad adamlarla danışmır, bu cür münasibətlərdən ehtiyat edirik".

Bu baxımdan millət vəkili hesab edir ki, "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsində bir sıra məsələlər yer almalıdır.

"İlk növbədə, qeyri-qanuni və qeyri-etik hərəkətlərə məruz qalmış yetkinlik yaşına çatmayanların şəxsiyyətini müəyyən olunmasına və ya açıqlanmasına bilavasitə imkan yaradan məlumatların: ad, soyad və atasının adının, ünvanının, fotoşəkil, video və səs yazılarının, təhsil aldığı və ya işlədiyi müəssisənin adının elektron və çap mediasında yayılmasının qadağan olunması bu layihədə nəzərdən keçirilməlidir.

İkincisi, milli mentalitetimizə və dəyərlərimizə zidd olan, insanlar arasında qeyri-ənənəvi münasibətləri təbliğ edən informasiyanın qadağan olunması da bu layihədə nəzərə alınsın.

Eyni zamanda, məqsədə müvafiq olarsa, qlobal internet şəbəkəsinin və texnologiyanın sürətli inkişafını nəzərə alaraq, uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət proqramı hazırlansın və reallaşdırılsın.

Bununla yanaşı, fikrimcə, ümumtəhsil məktəblərində valideyn və şagirdlər arasında uşaqların internet təhlükəsizliyi və zərərli informasiyadan qorunması ilə bağlı maarifləndirmənin aparılması ilə bağlı davamlı mexanizmlərin hazırlanması və həyata keçirilməsi təmin olunmalıdır", -deyə S.Əliyeva sözlərinə əlavə edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar