Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Krant suyu dərini məhv edir - Quru dərinin altında yatan xəstəliklər

Tarix: 03-06-2018 18:30     Baxış: 4345 A- / A+
Krant suyu dərini məhv edir - Quru dərinin altında yatan xəstəliklər

Yaşın artması, qidalanma, sinir sisteminin vəziyyəti dərinin yağlılıq dərərcəsinin dəyişməsinə təsir edən əsas amillərdəndir. Dəniz mövsümünün də yaxınlaşdığını nəzərə alsaq ,quru dəriyə sahib insanlar daha diqqətli olmalıdırlar. Belə ki, normal yağ ifrazının pozulması dərinin vəziyyətinə mənfi təsir göstərir. Bu zaman dərinin elastikliyi azalır və çatlar əmələ gəlir. Günəş şüalarına, küləyə, yuxarı və ya aşağı temperaturlara qarşı həssaslığı artır, qıcıqlanır, qırmızı ləkələrlə örtülür.

Manevr.az medicina.az-a istinadən bildirir ki, kosmetoloq Aida Məmmədovanın sözlərinə görə, dərinin qurumasına mədə-bağırsaq funksiyalarının pozulması, orqanizmə lazım olan vitaminlərin çatışmazlığı və hətta bəzi vacib elemetlərin ümumiyyətlə mövcud olmaması, daxili sekresiya vəzilərinin fəaliyyətini dəyişməsi kimi amillər də səbəb ola bilər:

"Bir sıra xarici amillər- günəş külək, dəniz suyu, isti soba yanında iş dərinin quruluğunu artırır. Bunun qarşısını almaq üçün dəriyə düzgün gigiyenik qulluğun qaydalarını bilmək lazımdır. Məsələn, küçəyə çıxmazdan əvvəl yuyunmaq, tərkibində spirt olan kosmetik vasitələrdən, pudralardan, ağardıcı mazlardan istifadə etmək bu cür dəri üçün yol verilməzdir".

Mütəxəssis, quru dəriyə sahib şəxslərin ən çox etdiyi səhvlərdən birinin üzlərini yuduğu su ilə əlaqədardır. Həkimin sözlərinə görə, qaynadılmayan su ilə üzü yumaq düzgün deyil:

"Quru dərini yay aylarında sərin, qış aylarında isə otaq temperaturunda olmaqla, ancaq içməli və ya mineral su ilə, ən pis halda isə qaynadılmış su ilə yumaq lazımdır. Soyuq, isti, cod su quru dəri üçün mütləq əks göstəriş sayılır. Qulluq zamanı sabunlardan da istifadə edilməməlidir. Quru dərini təmizləmək üçün məhz bu növ dəri tipləri üçün nəzərdə tutulmuş təmizləyici vasitələrdən ("Penka" və s.) istifadə etmək lazımdır. Bu vasitələr demək olar ki köpüklənmir və onlardan istifadədən sonra üz dərisinin dartılması hissiyyatı baş vermir".

Mütəxəssis qıcıqlanmaya və qızarmağa meylli olan dərilər üçün hazırlanan xüsusi preparatlarla təmizləməyi tövsiyə edib:

"Dərini təmizlədikdən sonra toniklə silin və yüngül gündüz kremi çəkin. Nazik qatla dəriyə çəkdikdən 20 dəqiqə sonra kremin qalıqlarını yumşaq salfetlə silin. Həmçinin yay aylarında da günəş şüalarından qoruyucu kremlərdən istifadə mütləqdir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar