Xəbər lenti
DYP əməkdaşından analoqu olmayan cərimə - Beləsi hələ görünməmişdi - FOTO
DYP əməkdaşı qanunla nəzərdə tutulmuş yerdə avtomobilini park edən Jurnalistə analoqu olmayan səbəbdən cərimə tətbiq edib.
Hadisə dünən saat 19:30 radələrində 28 May küçəsində baş verib.
Belə ki, Azərbaycanın ən məşhur saytlarından biri olan Sfera.az xəbər saytının Baş Redaktoru Ozal Məmmədov idarə etdiyi nəqliyyat vasitəsini Nizami Kino Mərkəzinin yaxınlığında BŞİH-nin quraşdırdığı parkomatlar qarşısında park edib. Sürücü sözügedən ərazidə avtomobilinin park olunması üçün BŞİH-nin quraşdırdırılan parkomatlara nəzarət edən əməkdaşından icazə istəyib. Həmin şəxs isə müəyyən olunmuş ödənişi etdikdən sonra avtomobilini ərazidə park etmək hüququnun olduğunu bildirib.
Amma avtomobilini park edən sürücü daha sonra gözlənilməz hadisə ilə qarşılaşıb. Belə ki, Asan-P tərəfindən onun mobil nömrəsinə göndərilən sms vasitəsilə sürücünün qanunsuz yerdə avtomobilini saxlaması əsas gətirilərək ona 20 manat məbləğində cərimə tətbiq olunub.
Avtomobilinə yaxınlaşan sürücü avtomobillərin parklanması üçün nəzərdə tutulan parkomatlara nəzarət edən BŞİH-nin nümyandəsindən bunun səbəbini soruşduqda isə analoqu olmayan cavab alıb.
Məlum olub ki, əraziyə baxış keçirən DYP əməkdaşı başqa bir avtomobilin sürücüsü ilə mübahisə etdikdən sonra park olan bütün avtomobillərə cərimə tətbiq edib./azxeber
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar