Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Tarixi şəxsiyyətlər" jurnalının növbəti sayı Rəcəb Tayyib Ərdoğana həsr olunub

Tarix: 23-05-2018 15:11     Baxış: 4382 A- / A+
"Tarixi şəxsiyyətlər" jurnalının növbəti sayı Rəcəb Tayyib Ərdoğana həsr olunub

Bu günlərdə işıq üzü görmüş "Tarixi şəxsiyyətlər"in 42 -ci sayı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunub. Dunya çapında kifayət qədər böyük ictimai nüfuzu olan, təkcə Turkiyədə deyil, həm də dünyada özünün kəskin müsahibələri, hadisələrə qətiyyətli yanaşması, cəsarətli addımları ilə seçilən Türkiyə Respublikasının prezidenti haqqında qardaş ölkə olaraq Azərbaycanda da geniş informasiyaya malik olmaq məqsədilə Xəlil Qarəhmədovun rəhbərliyi ilə çap olunan bu jurnalın əhəmiyyəti böyukdur.
Turkiyənin siyasi arenasında baş verən istənilən informasiya Azərbaycan vətəndaşları tərəfindən həssaslıqla qarşılanır, böyük maraqla oxunur. Elə bu məqsədlə jurnalın ilk səhifələrində Cumhurbaşkanın həyatı, siyasi fəaliyyəti, görduyu işlər və bir sıra əhəmiyyətli faktlar yer alıb. Turkiyənin siyasi tarixində “28 şubat” 1997 tarixində baş verən hadisələr, “Ergenekon Balyoz darbe planı”, “MİT darbe girişimi”, “2016 Turkiye askeri darbe girişimi”, Kuduslə bağlı çağırış, “Zeytin Dalı Harekatı” və bir sıra muhum hadisələr haqqında jurnalda ətraflı məlumat verilib. Eyni zamanda Turkiyənin muxtəlif hegemon dövlətlərlə apardığı siyasət, aralarında bağlanan muqavilələr də işıqlandırılıb. Xususilə Azərbaycan –Turkiyə qardaşlığı, iki dövlət arasında aparılan uğurlu siyasət ön plana çəkilərək, jurnalda özunə geniş yer alıb.
Türkiyə prezidenti öz ictimai-siyasi fəaliyyəti ilə ekspertlərin, siyasi şərhçilərin, eləcə də media mənsublarının diqqətini çəkib və ötən il o, “İlin adamı” elan edilib. Yalnız qardaş ölkədə deyil, həmçinin ölkəmizdə də Rəcəb Tayyib Ərdoğanın bir dövlət başçısı kimi fəaliyyəti maraqla izlənilir.

Türkiyə Cümhuriyyəti qarşısındakı danılmaz xidmətlərinə görə, "Tarixi şəxsiyyətlər" jurnalı Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanı "2016-cı ilin adamı" elan edib. Jurnal, həm də siyasi hadisələri qiymətləndirmək, təqdim etdiyi şəxsiyyətin ölkə həyatındakı yeri ilə yanaşı, dünya siyasətindəki mövqeyini də işıqlandırmağı bacarıb.

Günay Nəriman

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar