Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı iş adamı arvadını yad kişi ilə cinsi əlaqəyə məcbur etdi

Tarix: 21-05-2018 12:12     Baxış: 3724 A- / A+
Azərbaycanlı iş adamı arvadını yad kişi ilə cinsi əlaqəyə məcbur etdi

Azərbaycanlı iş adamı "Yenidən evlənək" bəhanəsi ilə evə qaytardığı keçmiş həyat yoldaşını yad kişilərlə yatmağa məcbur edib. Qadın qəbul etməyincə, 2 uşağının gözü önündə saçlarından sürüyərək 11-ci mərtəbədən atmağa çalışıb.

Manevr.az milli.az-a istinadən xəbər verir ki, keçmiş ərinin əlindən qurtulan və iki uşağıyla ortalıqda qalan qadına bina sakinləri sahib çıxıblar.

Bakıda yaşayan 30 yaşlı orta məktəb müəllimi Sevinc Kərimova 5 il öncə əri - reklam agentliyi sahibi Elmir A.-dan (34) şiddət gördüyü üçün ayrılıb. Türkiyədə yaşayan Elmir A. bir ay öncə "Her şey çox gözəl olacaq sənin üçün. Uşaqlarıma baxacağam, sizin yanınızda olacağam" deyərək gənc qadını 8 və 6 yaşlı 2 uşağıyla birlikdə Antalyaya gətirib.

Evə gətirdiyi şəxslərlə cinsi əlaqədə olmağa məcbur etdi

Muratpaşa qəsəbəsinə köçən Elmir A. iddiaya görə, keçmiş arvadını evə gətirdiyi kişilərlə cinsi əlaqədə olmağa məcbur edib. Otağa girib qapını bağlayan Sevinc təcavüzdən xilas olub, amma şiddət görməyə başlayıb.

Təklifi qəbul etməyən qadını 11-ci mərtəbədən atmağa çalışdı

Elmir A. fahişəlik etmək istəməyən qadını iki uşağının gözü önündə dəfələrlə yumuruqlayıb, saçından sürüyərək 11-inci mərtəbədəki mənzilin eyvanından atmağa çalışıb.

Konsulluq Azərbaycana göndərməyicə kömək istədi

Keçmiş ərindən xilas olub, qonşularına sığınan Kərimova Azərbaycanın Antaliya və İstanbul Konsulluğu ilə əlaqə saxlayaraq başına gələnləri danışıb. Ölkəsinə qayıtmaq üçün kömək istəyən qadın "Bizim belə bir səlahiyyətimiz yoxdur" cavabı alıb. Bundan sonra polis idarəsinə gedərək keçmiş ərindən şikayət edib. Azərbaycanlı qadının mühafizə edilməsi, Elmir A. haqqında da uzaqlaşdırılma qərarı verilib.

Elmirin başaq qadınla evli olduğu ortaya çıxdı

Etdiyi şiddətdən sonra qaçan Elmir A.-nın Türkiyədə Azərbaycan vətəndaşı olan başqa bir qadınla evli olduğu ortaya çıxıb. Haqqında araşdırma qərarı verilən Elmir A. bu dəfə telefonla keçmiş arvadının ailəsinə zəng edib, Sevinc Kərimovanı öldürməklə təhdid edib.

"Çənəmi və dişimi qırmışdı,1 il həbsdə yatdı"

Bədənindəki xəsarətlərlə iki uşağıyla ortada qalan Kərimovaya isə qonşuları sahib çıxıb. Öz aralarında pul toplayaraq avtobus bileti alan bina sakinləri qadını Bakıya yola salıblar.

Yaşadığı qorxu dolu günlərdən danışan Sevinc Kərimova "Keçmiş ərimlə məni tez-tez döydüyü üçün ayrılmışdıq. Çənəmi və dişimi qırmışdı. Buna görə də Azərbaycanda bir il həbsdə yatmışdı. Bir ay öncə yanımıza gələrək "Sizin yanınızda olacam. Uşaqlarıma baxacam. Hər şey çox gözəl olacaq, əşyalarını sat Antalyaya gedək" dedi. Bir qadın xoşbəxt olmağı, uşaqlarının analı-atalı büyüməsini istəyər. İnandım, gəldim, amma bir müəllim olaraq danışmağa utandığım hadisələrlə qarşılaşdım" deyib.
"Fahişəlik etməyim üçün evə adam gətirincə uşaqlarımla otağa sığındıq"

Keçmiş ərinin ilk olaraq özü ilə gətirdiyi 4 min dolları əlindən aldığını deyən Sevinc Kərimova "Mənə "Sən buraları tanımırsan, pulu mənə ver dəyişdirib, gətirim" dedi. Pulu verdim, amma geri qaytarmadı. Evə heç nə almırdı. İki gün sonra telefonla bir nəfərlə danışdı. Mənə "Qonaq gələcək. Onu yaxşı əyləndir.

Gülər üzlə qarşıla" dedi. Qohumudur sandım. Evə tanımadığım bir kişi gətirdi, özü getdi. Kişi evdə alt paltarıyla gəzməyə başladı, mənə qəribə-qəribə baxmağa başlayınca, uşaqlarımı da götürüb otağa girib, qapını bağladım" deyib.

Qonşuları kömək edib, Bakıya yola saldılar

Keçmiş ərinin evə başqa günlərdə də yad kişilər gətirməyə başladığını və buna görə dalaşdıqlarını bildirən Kərimova "Qollarımdan tutdu, yatağa atdı. Sonra üzərimə çıxıb var gücü ilə yumuruqladı. Ayaqlarıma təpiklə vurmağa başladı. Saçımdan sürüyərək eyvana apardı, məni aşağıya atmağa çalışdı. Bunların hamısı uşaqlarımın gözü önündə oldu. Əlindən xilas olub, qonşularıma sığındım. Polisə və konsulluğa zəng etdim, amma konsulluq kömək etmədi. Məni və ailəmi hələ də telefonla təhdid etməkdə davam edir" deyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar