Xəbər lenti
Ana bətnindəki körpəni qucaqlamaq mümkün olacaq - YENİLİK
Rusiyada qurulan "Embrio 3D" adlı şirkət körpələrinin dünyaya gəlməsi üçün 9 ay gözləyə bilməyən valideynlərə mujdə verib.
Manevr.az xəbər verir ki, şirkət bətndəki dölün ultrasəs fotolarından yararlanaraq körpənin kompüterdə son dərəcə detallı şəkildə bir modelini hazırlayır.
Bu modellər 3D aparatlarla cisim şəklinə salınır. "Embrio 3D"ləri plastik, hətta, qızıl, gümüş, platin kimi dəyərli materiallardan da hazırlamaq olar. Bu modellər əvvəlcə gipsdən hazırlanır, daha sonra müxtəlif metallarla üstü örtülür.
Şirkətin prezidenti İvan Qridin uşaqlarının dünyaya gəlməsini gözləyən dostlarının darıxmaq sindromu qarşısında laqeyd qala bilmədiyini bildirib və belə bir şirkət qurmaq qərarına gəlib. Qridin ilham qaynağını bu sözlərlə ifadə edib:
"Veronika adlı bir dostum var. Qarnındakı körpənin sağlamlığı ilə bağlı narahatlıq içində idi. "Kaş ki, onu görə bilsəm" deyirdi. Dəfələrlə ultrasəs müayinəsinə girdi. Amma bu onu razı salmadı. Mən də yeni texnologiyalar və 3D aparatlarla maraqlanırdım və "gəl sənin körpəni hazırlayaq" dedim.
Bu təcrübədən yararlanan gələcək ana Yuliana Recun hisslərini belə ifadə edir:
"Qarnımdakı körpəmizin 3D modelini sifariş etdik. Çox qəribə hissdir. Uşaq hələ dünyaya gəlməyib, amma biz onu qucağımıza götürə bilirik".
Lakin Şimali Amerika Radiologiya Dərnəyinin bir yayınında doktor Debrorah Levayn valideynləri bu mövzuda xəbərdar edib. O, əyləncə xətrinə ultrasəs müayinələrinə girməyin təhlükəli olduğunu deyib.(publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar