Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yeni medal təsis olundu - FOTO

Tarix: 07-05-2018 22:20     Baxış: 5270 A- / A+
Azərbaycanda yeni medal təsis olundu - FOTO


Azərbaycanda yeni medal təsis olunub. Qərar “Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli qanunu ilə təsdiq edilmişdir.


Maddə 1. Medalın ümumi təsviri

“Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 38 mm olan lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində kənardan başlayaraq və ardıcıl olaraq, hər tərəflərindən konturlanmış iki dairəvi zolaq yerləşdirilmişdir. 1-ci zolağın üzərində tünd göy minalı fonda yuxarı hissədə qövs boyunca “GƏMİÇİLİK SAHƏSİNDƏ XİDMƏTLƏRƏ GÖRƏ” sözləri yazılmış, zolağın aşağı hissəsində isə səkkizguşəli ulduz təsvir olunmuşdur. 2-ci zolağın üzərində dairə boyunca palıd yarpaqlarından ibarət çələng təsvir olunmuşdur.

2.2. Medalın ön tərəfinin mərkəzində 2-ci zolaq ilə əhatə olunmuş, üzərində gəmi sükanı, lövbər və dəniz dalğalarından ibarət kompozisiya təsvir olunmuş dairəvi lövhə yerləşdirilmişdir. Bütün yazılar və təsvirlər relyefli olaraq, qabarıqdırlar.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamarsəthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin mərkəzində 8 mm enində mavi rəngli, mərkəzdən sol və sağ tərəflərə doğru ardıcıl olaraq, 6,5 mm enində göy rəngli, 1 mm enində tünd göy rəngli, 1 mm enində qızılı rəngli, 2 mm enində tünd göy rəngli, 1,5 mm enində bənövşəyi rəngli, 2,5 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.2. Elementin yuxarı hissəsinə üzərində dalğalar təsvir olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.

4.3. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar