Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən qeyri-adi qalası– O, Xəzərin dərinliklərində üzür...

Tarix: 07-05-2018 10:05     Baxış: 4416 A- / A+
Dünyanın ən qeyri-adi qalası– O, Xəzərin dərinliklərində üzür...

Bayıl qalası bəzən, “Bayıl qəsri” də adlandırılır. XIII ərdə inşa edilən qala Bakıda baş verən güclü zəlzələ nəticəsində suların altında qalır. Zaman-zaman Xəzər dənizində suların azalıb-çoxalması ilə əlaqədar gah üzə çıxıb, gah da yenidən görünməz olub. Arif Ərdəbilinin “Fərhadnamə” poemasında da “Bayıl qəsri” haqqında maraqlı məlumatlar verilib. Qalanın uzunluğu 180, eni isə 35 metrdi. Bugün də suyun altında olan qala bir əsrə yaxındır ki, alimlər tərəfindən tədqiq edilir.
Manevr.az moderator.az-a istinadən xəbər verir ki, qalanın Xəzərin dibində olması elm aləminə çoxdan məlumdur. Hələ 1782-ci ildə rus xəritəçiləri tərəfindən tərtib edilən Bakı limanının xəritəsində “Bayıl daşları”nın sudan çıxmağa başladığı qeyd edilib. Bu marağın səbəbi abidədən daha çox, Xəzər dənizinin səviyyəsi məsələsi ilə əlaqədar olub. Həmçinin Abbasqulu ağa Bakıxanov da maraqlı adıçəkilən qala haqqında maraqlı məlumat verib.
Tədqiqatlar nəticəsində müəyyənləşib ki, qəsr Xəzər dənizinin sahilə yaxın hissəsində, Bayıl təpələrindən birində 1232-1233-cü illərdə Şirvanşah Gərşəsbin oğlu Fəribürzün dövründə tikilib. Qalada aparılan tədqiqatlar zamanı “Bayıl qəsri”nin memarı Əbdül-Məcid Məsud oğlunun adının əks olunduğu yazı fraqmenti tapılıb. Bu memar eyni vaxtda, yəni 1232-ci ildə Abşeronun vahid müdafiə sisteminə daxil olan, şəhəri və Bayıl qəsrini şimaldan müdafiə edən Mərdəkan dəyirmi qalasını da tikib. Bayıl qəsrinin tikintisində istifadə edilən daşların quruluşu təxminən səkkiz əsr bundan əvvəl Azərbaycanda memarlıq sənətinin yüksək səviyyədə olduğunu təsdiq edir. Üzərində ardıcıl olaraq Şirvanşahların adları yazılan daşlarda hər hökmdarın adının üzərində onların rəmzləri olan simmetrik insan, heyvan, quş və mifik təsvirlər verilib.
Mütəxəssislərin əksəriyyəti bu fikirdədir ki, qəsr dörd yüz ildən artıq Xəzər suları altında gizlənməsəydi, Abşeronun bir çox abidələri kimi bu qaladan da iz qalmayacaqdı. 1939 – 1969 – cu illər ərzində qəsr ərazisində aparılan arxeoloji tədqiqat işlərində divar uçuqları altından və su dibindən 700 – dən artıq yazılı daş tavalar çıxarıldı. Bugün Bayıl qalasının çox hissəsi eroziyaya uğrayıb.
Qalanın yalnız müəyyən hissəsi sağ-salamatdır. Lakin bu da onun memarlıq üslubuna, tarixiliyinə xələl gətirmir.
Abidənin on beş qülləsi var. Bunlardan yalnız şimal-qərb tinindəki və cənubdakı iki qüllə dairəvi formada olub, içərisi boşdur. İçərisi bütöv qalan on iki qüllənin hamısı yarımdairə şəklindədir. Künclərdə olan üç dairəvi qüllənin qəsrə girmək üçün 1,3 m enində qapısı var. Səkkiz və doqquzuncu qüllələri birləşdirən cənub divarında, habelə on dörd və on beşinci qüllələri birləşdirən şimal qərb-divarında da 1,6 m enində qapı qoyulub. Qüllələrin bəzilərində yuxarı hissəyə çıxmaq üçün daş pilləkənlər mövcuddur. Bütün divar boyu, kürsülükdən yuxarıda, hər 15 – 20 m məsafədən bir dördbucaqlı formalı məsafələr qalıb.
Abidənin tədqiqi zamanı onun dövrünü göstərən materiallar da əldə olunub. Bəzi daşların üzərində hicri 632 – ci il tarixi qeyd olunub ki, bu da miladi 1232 – 1235 – ci illərə müvafiqdir. Bundan əlavə 1939 – cu ildə burdan tapılan mis pullar üzərində Şirvanşah Güştasp Fərruxzadə və Xəlif əl-Nəsirin adları yazılıb.
Bayıl qalasının cənub qapısı və qarşısındakı tikililər dəniz ticarəti ilə bağlı olduğu halda, sahilə yaxın şimal qapısı və qarşısındakı tikililər Şirvanşahların iqamətgahı olub. Qəsrin ortasında-daş döşəməli meydançada monumental bir tikilinin özülü üzə çıxarılıb. Bəzi araşdırmaçılar bu yerdə Abşeron qalalarının ənənəvi qüllələri tipində bir qüllənin ucaldığını söylədikləri halda, əksər tədqiqatçılar onu atəşgah və ya məbəd qalıqları sayır.
Bugün ölkəmizə gələn xarici qonaqların, turistlərin hamının bildiyi tarixi abidələrlə yanaşı, “Bayıl qəsri” kimi qədim şəhər sirləri ilə də tanış olmaları çox vacibdir. Tarixçi-etnoqrafların sözlərinə görə, əgər “Bayıl qəsri” suyun altında olmasa idi, o da Bakıdakı çoxsaylı abidələr kimi tarix səhifəsindən silinəcəkdi. Bakının görünməyən tarixi ilə bağlı cəmi iki fakta toxunduq. Lakin Sara Aşurbəylinin “Bakının tarixi”, “Şirvanşahlar dövləti” əsərlərində, Qılman İlkinin “Bakı və bakılılar”, Manaf Süleymanovun “Eşitdiklərim, gördüklərim, bildiklərim” adlı sənədli monoqrafiyalarında Bakının görünməyən tarixi haqqında xeyli məlumat əldə edə bilərik.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar