Xəbər lenti
Qızını erməniyə ərə verən azərbaycanlı diaspor sədri danışdı - FOTO + VİDEO
Bir neçə gündür sosial şəbəkələrin gündəmini Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızını erməni biznesmenə ərə verməsi xəbəri zəbt edib.
Manevr.az Real TV-yə istinadla xəbər verir ki, Ağadadaş Kərimov bildirib ki, yayılan xəbərlər doğrudur və qızını erməni milliyətindən olan şəxsə ərə verdiyinə görə heç də peşman deyil:
“Qızımın erməni oğlanla ailə həyatı qurmağı doğrudur. Bunu bütün dost-tanışlar illərdir ki, bilirlər. Bu, normal hadisədir. Həyat yoldaşım da milliyətcə ermənidir. Oğlanın atası, babası Gürcüstandan gələn ermənilərdir. Oğlan burada anadan olub. Erməni dilində danışa da bilmir. KVN-də iştirak edib, qızım da ora gedib-gəlirdi. Orada tanış olublar”, – deyə Ağadadaş Kərimov bildirib.
O deyir ki, 35 ildən çoxdur Rusiyada yaşayır. Övladları da burada anadan olub, böyüyüb. Lakin, tez-tez Azərbaycana gedirlər.
Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov qızını erməni biznesmenə ərə verib. Toydan fotolar sosial şəbəkələrdə yayılıb.
Saytlar toyun Moskvada yerləşən erməni iş adamına məxsus restoranların birində baş tutduğunu desə də, Ağadadaş Kərimov bunu inkar edir. Deyir ki, toy mərasimi azərbaycanlıya məxsus şadlıq sarayında baş tutub, Azərbaycan rəqsləri, mahnıları ifa olunub.
Toy mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar