Xəbər lenti
Daha çox uşaq doğun- BAŞ NAZİR QADINLARA SƏSLƏNDİ
Mərkəzi Statistika İdarəsinin məlumatına görə, onilliklər boyu ölkə əhalisi daim azalır. 1981-ci ildə əhali 10,7 milyon idisə, 2017-ci ildə bu rəqəm 9,77 milyon olub.
Viktor Orban, həmçinin son 4 ildə Baş nazirin ofisinə rəhbərlik etmiş Yanoş Lazarın yerli səviyyədə siyasətə qayıtmaq niyyətində olduğunu bildirib.
Macarıstanın Baş naziri Viktor Orban özünün həftəlik radiomüsahibəsində bildirib ki, o, macarıstanlı qadınlarla uşaq dünyaya gətirmək qərarını dəstəkləyən “hər şeyi əhatə edən uzunmüddətli saziş” əldə etmək fikrindədir. “Macarıstanlı qadınlar ölkə demoqrafiyasının “artıb və ya azalacağını” müəyyən edirlər”, – deyə Baş nazir əlavə edib.
“Mən əvvəlki kimi hesab edirəm ki, Mixay Varqa Milli İqtisadiyyat Nazirliyinə rəhbərlik edəcək”, – deyən Orban naziri olduqca istedadlı və təcrübəli adlandırıb və gələn il üçün büdcənin hazırlanması barədə Varqa ilə danışdığını əlavə edib. Baş nazir deyib: “Mən yeni parlamentin yay fasiləsinədək 2019-cu ilin büdcəsini təsdiqləməsini istəyirəm. Biz bunu son 8 ildir edirik, çünki bu, bizə sakitlik, sabitlik gətirir və gələcəyi xəbər verir”.
AZƏRTAC Macarıstanın MTI xəbər agentliyinə istinadla xəbər verir ki, Orbanın sözlərinə görə, yeni hökumətin formalaşması üzrə danışıqlar “yaxşı irəliləyir”. O əlavə edib ki, yeni hökumətin başqa strukturu və yeni adamları olacaq, lakin “hədəflər dəyişməzdir”.
Baş nazir iqtisadi artıma, maliyyəni qaydada saxlamağa, tam məşğulluğa nail olmaqdan ötrü səylərin davam etdirilməsinin, təhlükəsizliyin təminatının, Avropanın immiqrasiya siyasətindən imtinanın, ailələrə dəstəyin və pensiya dəyərlərinin qorunmasının hökumətin hədəfləri sırasında olduğunu bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar