Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xərçəng xəstəsi olduğu üçün narkotik əkən şəxs: “Bu mənim ağrılarımı sakitləşdirir”

Tarix: 29-04-2018 21:39     Baxış: 3450 A- / A+
Xərçəng xəstəsi olduğu üçün narkotik əkən şəxs: “Bu mənim ağrılarımı sakitləşdirir”

Xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün narkotik vasitədən istifadə etdiyini deyən şəxs hakim qarşısına çxıarılıb. Onun cəzası 8 ildən 4 ilə endirib. Həbs edilən şəxs maddi imkanı olmadığı üçün müalicə oluna bilmədiyini və buna görə də narkotik qəbul etdiyini söyləyir.

Manevr.az musavat.com-a istinadla xəbər verir ki, 1967-ci il təvəllüdlü İskəndərov İslam Zabit oğlunun Cinayət Məcəlləsinin 237.2.3 (narkotik vasitə yetişdirmə) və 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik maddə əldə etmə) maddələri ilə ittiham edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İslam İskəndərov aldığı cəzadan narazı qalaraq apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apelyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə baxılıb.

Qeyd edək ki, İslam İskəndərov əvvəllər də məhkum edilib və məhkumluğu ödənilməyib.

İ.İskəndərov 8 il azadlqıdan məhrum edilib ona görə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirərək, onların hissələrini toplamaqla kultivasiya edib, topladığı hissələri qurudaraq, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayıb.

İttihama görə, təqsirləndirilən şəxs 2017-ci ilin aprel ayının ortalarında yaşadığı və qeydiyyatda olduğu Quba rayonu, Cimi kəndindəki evinin həyətyanı sahəsində yerləşən yardımcı tikilinin içərisində 24 ədəd dibçəkdə, 1 ədəd isə yardımcı tikilinin yaxınlığındakı torpaq sahəsində külli miqdarda qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri əkərək, onlara aqrotexniki qulluq göstərməklə yetişdirib. 2017-ci ilin avqust ayında onlardan 8 ədədinin yarpaqlarını yığıb toplamaqla kultivasiya etdib, topladığı çətənə yarpaqlarını qurudaraq, satış məqsədilə qanunsuz olaraq 1120 qram çəkidə qurudulmuş marixuana əldə edib yaşadığı evdə saxlayıb.

İ.İskəndərov Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.

Məhkum İskəndərov apellyasiya şikayətində ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə) maddəsi ilə elan edilmiş ittiham üzrə bəratə verilməsini, 237.2.3-cü (narkotik vasitə yrtişdirmə) maddəsi ilə isə şərti cəza təyin edilməsini xahiş edib.

O deyib ki, əkib becərdiyi çətənə bitkisindən əldə etdiyi marixuananı satmaq məqsədi olmayıb. Xərçəng xəstəliyindən əziyyət çəkdiyini deyən İ.İskəndərov ağrılarını götürmək məqsədi ilə həmin narkotik tərkibli bitkilərdən əldə edəcəyi məhsulu öz istifadəsi üçün hazırlamaq istədiyini bildirib: “Mənim maddi imkanım olmayıb ki, müalicə alım. Bu məqsədlə narkotikdən istifadə etmişəm. Bu mənim ağrılarımı sakitləşdirir”.

Cinayət işi materiallarında qeyd edilir ki, İslam İskəndərovun həm narkomaniya, həm də ağır formalı xərçəng xəstəliyindən əziyyət çəkməsi ekspertza rəyləri ilə təsdiq olunub.

Məhkum törətdiyi əməldən peşman olduğunu və səhhətinin nəzərə alınıb işinə yenidən baxılmasını xahiş edib.

Dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini istəyib.

Məhkəmə tərəfləri dinlədikdən sonra qərara gəlib ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyasının fikrincə, məhkum İslam İskəndərovun satış məqsədi ilə qanunsuz olaraq kulli miqdarda narkotik vasitələr saxlaması toplanmış sübutlarda öz əksini tapmır.

Qərara əsasən İslam İskəndərova 237.2.3-cü maddə ilə təyin edilmiş 4 il müddətə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirlib.

234.4.3-cü maddə isə 234.1-ci (narkotik vasitədən istifadə) maddəsinə tövsif edilib və ona bu maddə ilə 2 il cəza kəsilib. Cəzaları qismən toplamaqla 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar