Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat: “Pis qoxu gəldiyi üçün mən də metroya minmirəm”

Tarix: 25-04-2018 19:55     Baxış: 3530 A- / A+
Deputat: “Pis qoxu gəldiyi üçün mən də metroya minmirəm”

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə Bakı Metropoliteninin marketinq şöbəsinin rəhbəri Lalə Babayevanın kənd camaatını təhqir etməsinə münasibət bildirib.

Manevr.az Araz Əlizadə Sfera.az-a açıqlamasında şəhərli-kəndli ayrı-seçkiliyinə son verilməsinin tərəfdarı olduğunu söyləyib:

“Siz gedib yoxlayın görün ki, o qızın özü, əsli haradandır? Onun Bakılı olmasına inanmıram. Ümumiyyətlə, əsli-kökü Bakıdan olan 100 min adam tapmaq çətindir. Yəni, qalan insanların hamısı rayonlardan və kəndlərdən gələn adamlardır. Mənim də bir tərəfim şəhərli, bir tərəfim isə kəndlidir. Özüm isə Bakıda doğulmuşam. İndi mən özümü bakılı, yoxsa kəndli saymalıyam? Bunu dəqiq deyə bilmərəm. İstənilən halda mən kəndlilərə yuxarıdan aşağı baxa bilmərəm”.

Deputat 30 ilə yaxındır ki, metrodan istifadə etmədiyini deyib:

“Mən 1989-cu ildən bəri metrodan istifadə etmirəm. Bunun da əsas səbəbi metroda olan pis qoxunun səhhətimə çox mənfi təsir etməsidir. Hələ Sovet İttifaqı dövründə olan neft-qaz qoxusu bu gün də metroda qalır. Bakının torpağı neftli olduğu üçün həmin pis qoxu metroda da var. Oradan pis qoxu gəldiyi üçün də mən metroya minmirəm. Ancaq bu pis qoxunun kənd camaatı ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, metroda havalandırma sistemi yaxşı deyil”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar