Xəbər lenti
İşdə ixtisar zamanı üstünlüyü olan şəxslər kimlərdir?
Son illər ərzində baş vermiş devalvasiya nəticəsində iqtisadiyyatın bəzi sahələrində xərclərin azaldılması məqsədilə işçi heyətinin ixtisar prosesi baş vermişdir. Hətta bəzi müəssisələrdə ixtisar prosesi kütləvi xarakter almışdır.
Manevr.az moneta.az-a istinadən bildirir ki, hər hansı bir müəssisədə işçi heyətinin ixtisara salınmasına qərar verilmişdirsə eyni vəziyyətdə olan iki işçi arasında seçim hansı meyarlar əsasında aparılmalıdır?
Yəni kimlər ixtisar prosesi zamanı digərlərinə nisbətən işdə saxlanılmağa üstünlük hüququna malikdir? Aşağıda müvafiq qanunvericiliyə əsasən qeyd edilən suallara aydınlıq gətirməyə çalışacağam.
İşçi və işəgötürən arasındakı əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimləndiyindən həmin Məcəlləyə əsasən işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxlər haqqında Əmək Məcəlləsinin 78 ci maddəsində məlumat verilmişdir.
Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:
şəhid ailəsinin üzvlərinə;
müharibə iştirakçılarına;
əsgər və zabitlərin arvadına (ərinə);
öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;
xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;
kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar