Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xadimə idi, 38 yaşında fabrik sahibi oldu

Tarix: 15-04-2018 19:31     Baxış: 2324 A- / A+
Xadimə idi, 38 yaşında fabrik sahibi oldu



Malatyada yaşayan 38 yaşındakı qadın, illər öncə xadimə olaraq işə başladığı tekstil sektorunda indi fabrik sahibəsi oldu. Qurduğu fabrik ilə sahibkar qadın bütün qadınlara örnək oldu.


Manevr.az bildirir ki, 38 yaşındakı Şehriban Şahin, imkansızlıqlar səbəbi ilə məktəbinə davam edə bilmədiyinə görə 1992-ci ildə işləməyə başladı. Bir tekstil fabrikində işə başlayan Şahin, burada təmizlik işləri başda olmaqla bir çox şöbələrdə vəzifə aldı. Xadimə olaraq işləməyə başladığı fabrikdə zamanla avadanlıqlardan istifadə etməyi öyrənən Şahin, işləmək əzmi ilə qısa zamanda tekstil sektorunda iş təcrübəsi əldə etdi.

Parça istehsalındakı bütün maşın və avadanlıqları öyrənən və sanki bir usta olan Şahinin bu uğurlarını görməzdən gəlməyən direktorları onun vəzifəsini müdürlüyə qədər qaldırdı. "Əgər bu işi edə bilirəmsə niyə öz işimin müdiri olmuram?" deyən Şahin, 2007-ci ildə artıq ixtisaslaşdığı sektorda iş yeri açmağı hədəflədi. Bir tərəfdaşı balaca bir tekstil atelyesi quran Şehriban Şahin, bir müddət belə çalışdıqdan sonra 2017-ci ildə "artıq böyümə vaxtıdır" deyərək 2 min kvadrat metr bir fabrik aldı.

"Qadın istəsə HƏRŞEYİ bacarar"

"Organize Sanayi" bölgəsində dayısı ilə birlikdə tekstil fabriki quran Şahin, indi yanında 5 şəxsə iş verməkdədir. Qısa zaman ərzində yaşadığı uğuru danışan Şahin, bir qadın olaraq tekstil sektorunda var olmanın çətin bir iş olduğunu qeyd edir.
"Amma düşünürəm ki, insanlar işləmək istəyərsə bacarmayacaqları bir şey yoxdur"

İşləməyi sevən biri olduğunu ifadə edən Şahin, əldə etdiyi uğuru isə "Qadın istəyərsə hərşeyi bacarır" cümlələri ilə tamamlayır. Hal hazırda "Organize Sanayi" 2 min kvadrat metrlik parça fabrikində 5 avadanlığının olduğunu, ancaq qısa müddət sonra müəssisəni böyütməyi hədəflədiklərini deyən Şahin, fabrikində avadanlıqların vaxtlı vaxtında təmir və baxımınını belə özünün etdiyini deyir.bizplus.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar