Xəbər lenti
Hansı telefonlar ölümə SƏBƏB OLUR?

Elm adamları insan DNT-si ilə 99 faiz uyğun gələn böyük meymunların həyatı üçün gözlənilməz təhlükə aşkarlayıblar.
Manevr.az azərtac-a istinadən bildirir ki, smartfonların və oyun konsollarının istehsalı zamanı istiyədavamlı koltan mineralı (kolumbit-tantalit) istifadə olunur. Bu mineralın aşkarlanmış ehtiyatının 80 faizi Afrikada, Konqo Demokratik Respublikasının meşələrindədir. İnsanabənzər meymunlar da həmin ərazilərdə yaşayırlar.
Bioloq Kreyq Stenford deyir: "Yerli sakinlər çaylarda çox aşağı texnoloji səviyyədə koltanı qızıl kimi yuyurlar. Onlara bu minerallara görə pul ödənmir, əvəzində ov və ərzaq üçün tüfəng və patronlar verilir. Nəticədə onlar meymunları ovalayırlar".
Ağıllı telefonlar, həmçinin heyvan ticarətində dəyişikliyə də səbəb olub.
Phys.org nəşri tədqiqatçı Ceyms Askyunun sözlərini yayımlayıb: "Siz Instagramda bir oranqutan seçə və sadəcə 50 dollar qarşılığında ala bilərsiniz".
Heyvanlar brakonyerlər tərəfindən və böyüdükdən sonra ekzotik ev heyvanlarının icarəyə verildiyi heyvan ticarəti mərkəzlərindən gətirilirlər.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar