Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbycanın bu kəndindəki həyətlərdə qəbirlər var - VİDEO

Tarix: 10-04-2018 21:33     Baxış: 4326 A- / A+
Azərbycanın bu kəndindəki həyətlərdə qəbirlər var - VİDEO


İsmayıllı rayonunun ən qədim kəndlərindən biri hesab edilən Sulut fərqliliyi ilə seçilir.


Manevr.az xezerxeber.az-a istinadən bildirir ki, bu kənddə bəzi həyətlərdə qəbirlər var.
Kənd sakinləri ilə həmsöhbət olduqda məlum olur ki, bu qəbirlər 1941-45 illərdə, İkinci Dünya Müharibəsindən qalıb. Həmin dövrdə ailələr ölən yaxınlarını qəbiristanlıqda yox, evin yaxınlığında dəfn ediblər. Kəndin icra nümayəndəsi İntiqam Şükürov bildirir ki, əhalinin sayı artığından yeni tikilən evlər həmin qəbirlərin əhatəsindədir. Bu da insanlarda elə fikir yaradır ki, ölüləri öz həyətlərində dəfn ediblər.

Həyətdə olan və sonradan qurulan digər bir qəbir isə ölənin vəsiyyəti əsasında burada qazılıb.

Kəndin axundu isə bildirir ki, hazırda Sulut kəndinin xüsusi qəbiristanlıgı var. Ölənlər dini qaydalar əsasında həmin qəbiristanlıqda basdırılır. Axund həyətdə və ya evin yaxınlığında qəbirlərin olmasının İslam dininə uyğun olmadığını deyir. Bildirir ki, bu, insanların, xüsusilə uşaqların qorxmasına səbəb ola bilər. Lakin ilhiyyatçılara görə, həyətlərdə qəbir qazılması dini qaydaların pozulması deyil. Çünki İslam peyğəmbəri Həzrəti Məhəmməd də elə öz evində dəfn olunub.

Lakin hazırda qəbir yerlərinin ayrılması qanunla tənzimləndiyindən ölənlərin qəbristanlıqlarda dəfn edilməsi şərtdir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar