Xəbər lenti
Daha bir vətəndaş instaqram fırıldağının qurbanı olub - VİDEO
Daha bir vətəndaş instaqram sosial şəbəkəsində dələduzluğun qurbanı olub.
Manevr.az-ın məlumatına görə, Bakı şəhər sakini Bəbək Həsənov 5 gün əvvəl həmin sosial şəbəkədə ''Panelxidməti'' adlı səhifəyə izləyici sayını artırmaq üçün mesaj yazıb. Səhifəni idarə edən şəxs isə ona bildirib ki, "əgər instaqramda 10 min iziləyəcinin olmasını istəyirsənsə əvvəlcədən deyiləcək telefon nömrəsinə 10 manatlıq kontur göndərməlisən".
Babək Həsənov konturu alıb və şifrəsini ona göndərib. Üzərindən bir müddət keçməsinə baxmayaraq verilən vəd yerinə yetirilməyib.
Aldadıldığını iddia edən Babək Həsənov həmin nömrəyə göndərdiyi konturun geri qaytarılması ilə bağlı mesaj yazıb.
Məsələni araşdırarkən bəlli oldu ki, vətəndaşları aldadan şəxs və ya şəxslər əvvəlcə göstərdikləri xidmət barədə instaqramda mesajlaşandan sonra əsasən xarici ölkələrə məxsus mobil operatorların nömrə kodu ilə votsapda qeydiyyatdan keçib, ödəniləcək məbləğ və kontur şifrəsini həmin nömrəyə göndərməyi istəyirlər.
Elə Babək Həsənovla votspda yazışan şəxsin nömrəsinə nəzər saldıqda da məlum oldu ki, həmin nömrə Kanada mobil operatoruna məxsus nömrədir. Məsələ ilə bağlı instaqramda həmin səhifəni idarə edən şəxsə mesaj yazdıq və onun mövqeyini öyrənmək üçün Xəzər Televiziyasına dəvət etdik. O, məsələ ilə bağlı heç bir açıqlama verməyəcəyini bildirdi.
Mütəxəssislər isə vətəndaşlara tövsiyə edirlər ki, aldanmamaq üçün bu cür səhifələrin xidmətindən istifadə etməsinlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar