Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvanda azərbaycanlıların yaz sərgüzəşti - qızlar, gecə barları…

Tarix: 08-04-2018 18:48     Baxış: 2911 A- / A+
İrəvanda azərbaycanlıların yaz sərgüzəşti - qızlar, gecə barları…

İrəvanda gecə barı

Ermənistan paytaxtının “qadağan olunmuş meyvə”ləri

İrandan çoxu etnik azərbaycanlılar olan turistlərin Ermənistana səfərinin əsas məqsədi görməli yerlərə səfər deyil, elementar seks turizmdir.

Manevr.az
-ın məlumatına görə, bu barədə Ermənistanda nəşr olunan «ArmenianReport» portalında dərc olunmuş “Bizə bu cür turist lazım deyil!” başlıqlı məqalədə bildirilir.

“Onlara yüngül əxlaqlı qadınlar lazımdır. Məhz buna görə Novruz günlərində İrəvan bar və kafelərində İran kişilərində tərpənmək olmurdu. Ətrafları ya sevgi məlaikələri ilə dolu olurdu, ya da ki bu məlaikələrdən axtarırdılar”,- deyə məqalədə vurğulanır.

Əslində “ArmenianReport” portalı İranın “RealIran.Net” saytında Ermənistanda turizm üçün şərait olmaması barədə yazılan məqaləyə cavab verib. İran saytı isə iranlıları Ermənistana getməməyə çağırıb: “Niyə Ermənistana getməklə taleyinizi və məzuniyyətinizi risk altında qoyursunuz? Onsuz da erməni “qonaqpərvərliyi” sizi məyus edəcək və gələn il istər-istəməz Azərbaycana gedəcəksiniz. Niyə elə bəribaşdan özünüz üçün təhlükəsiz turizm istiqaməti seçmirsiniz?” deyə İran saytı iranlılara tövsiyyələrə verib.

İrəvanda azərbaycanlıların yaz sərgüzəşti - qızlar, gecə barları…

İranlı turistlər İrəvanda

Bu məqalənin rəsmi İran rəhbərliyinin tövsiyyəsi ilə yazıldığını düşünən “ArmenianReport” həm də açıq göstərməsə də, bir qədər təəccüblə İrandan Ermənistana gedən turistlərin sayının artdığını göstərir: 2016-cı ildə bu ölkədən Ermənistana 190 min, 2017-ci ildə 220 min turist gedib, bu il üçünsə rəqəmlərin 250 min ətrafında olacağı vurğulanır.

Yəni erməni müəllif özü də anlaya bilmir ki, niyə Ermənistanda turizmin səviyyəsi bu qədər məyusedici olduğu halda, iranlı gənclərin İrəvana axını ildən ilə artır. Səbəb birdir və erməni müəllifi onun cavabını özü verib - bu, seks turizmlə bağlıdır. İranda bu növ turizm qadağandır və bu ölkədə siğənin sərbəst olması ilə bağlı deyilənlər də uydurmadır: Evlənməmiş gənclər siğə etdirə bilməz, evlilərdə isə siğə etdirilən qadının adı möhürlə şəxsiyyət vəsiqəsinə qeyd edilir, buna həm də evdəki qadının, yəni rəsmi xanımın razılığı olmalıdır. Təbii ki, belə olan halda iranlı gənclər İrəvanda qeyri-rəsmi siğəyə daha çox üstünlük verirlər. İranda «qadağan olan meyvəyə» İrəvanda çox rahat nail olmaq mümkündür. İstiPress


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar