Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda idarəetmə sistemi dəyişsin – Millət vəkili

Tarix: 07-04-2018 13:13     Baxış: 4406 A- / A+
Azərbaycanda idarəetmə sistemi dəyişsin – Millət vəkili

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının V qurultayı öz işinə başlayıb.
İlk olaraq dövlət himni səsləndirilib. Daha sonra partiya sədri Qüdrət Həsənquliyev çıxış edərək bildirib ki, IV qurultaydan keçən vaxtda məqsəd partiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, rayon təşkilatlarının yaradılması olub:
"Ötən illər ərzində biz parlament seçkilərinə də qatıldıq. Parlamentdə təmsilçilərimizin sayı artmasa da, iştirakımızı saxlamışıq. Bizim partiya da digər partiyalar kimi dövlət büdcəsindən maliyyə yardımı alır".

O əlavə edib ki, partiyanın qarşısında duran məqsəd demokratiyanın dərinləşməsi, ölkədə çoxpartiyalı sistemin möhkəmlənməsinə dəstək verməkdir:

"Azərbaycan Şərq və müsəlman ölkəsidir. Bizdə demokratik ənənələrin yaranması üçün parlamentli respublika ən yaxşı modeldir. Azərbaycanda bu modelə keçmək lazımdır. Biz bu məsələni qaldıranda Gürcüstan və Ermənistanda həmin modelə keçməklə bağlı müzakirələr yox idi. Lakin Gürcüstan artıq bu modeli seçib. Ermənistan da yaxın günlərdə bu sistemə keçəcək".

Partiya sədri əlavə edib ki, BAXCP ölkədə proporsional seçki sistemi yaradılmasının tərəfdarıdır. O, bu sistemin yaradılacağı təqdirdə seçicilər fərdlərə deyil, partiyalara və ideyalara səs verəcəyini deyib:

"Biz bu seçki sisteminin bərpa edilməsini istəyirik və bu istiqamətdə iş aparırıq".sonxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar