Xəbər lenti
Razi Əliyevanı döyməkdə təqsirləndirilən iş adamına hökm oxundu
Model Raziyyat Əliyevaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Manevr.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə 8 il 6 ay azadlıqdan məhrum etmə cəzası nəzərə alınıb, ona qəti olaraq 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Ona Cinayət Məcəlləsinin 182, 177, 186-ci maddələri üzrə bəraət verilib.
Qeyd edək ki, model Raziyyat Əliyeva tanışı Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, Z. Hüseynzadə tərəfindən şəxsi yazışmalarının yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları instaqramda yayıb. Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb.Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Z.Hüseynzadə 2023-cü il mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törədib.
O, Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur.
Z.Hüseynzadə digər cinayət işi üzrə məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.apa
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































