Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Gənc yazardan Anara MƏKTUB: "AYB sədri kimi etiraf edəcəyiniz ÇOXMU qəbahətiniz var?"

Tarix: 21-02-2025 16:39     Baxış: 3110 A- / A+
Xarakteri sizin “dəyirmanınızda” üyüdülənlər də az olmadı, taleyindən küsüb gedənlər də…
Emil Rasimoğlu yazar,
Azərbaycan Yazıçılar Birliyinin üzvü


Hörmətli Anar müəllim, sizin mətbuata (Lent.az-a) verdiyiniz son müsahibə AYB sədri kimi illəri adlayan fiaskosunuzun NÖVBƏTİ ən qabarıq etirafı, nümayişkaranə “fotosudur”...

37 illik sədrlik dönəminizdə demokratik fikir, gənc kadr, düzgün idarəçilik prinsipi, islahat... anlayışlarını tanımadınız, tanımaq istəmədiniz. Siz olan yerdə qanun da özünüz oldunuz, şah da! Neçə gənc nəsillə üz – üzə gəldiniz. Kimlər GƏNCLİYindən, GƏLƏCƏYindən keçmədi ki?! Xarakteri sizin “dəyirmanınızda” üyüdülənlər də az olmadı, taleyindən küsüb gedənlər də…

Mənsub olduğunuz qurumu necə istədinizsə eləcə də idarə etdiniz. Necə deyərlər, gəmiyə də sahib oldunuz, dənizə də!

BU QƏDƏR illər bəs etmədimi? Vəzifə hərisliyi, kürsü doğmalığı budurmu, Anar müəllim? Yox, bu deyilsə ömrünüzün bu çağında 37 illik bir vəzifədən getməməyin adı nədir? Nəyi gözləyirsiniz? AYB sədri kimi etiraf edəcəyiniz ÇOXMU qəbahətləriniz var? Heç şübhəsiz ki, var! AMMA və LAKİN(!) əmin olun, sizin bu gün etdiyiniz etiraflar illərdir ki, səriştəsiz “idarəçiliyinzin” sayəsində göz önündədi... Sadəcə zamanın hökmü, diqtəsi indi onları bir – bir sizin özünüzə də təsdiqlədir.

... VƏ YENƏ, təkrar edirəm, 37 illik bir vəzifədən getməməyin adı nədir?
Yoxsa, unudulmaq qorxusudur, şöhrət hissidir? Əgər, bunlardırsa qətiyyən narahat olmayın, sizi xatırladacaq kifayət qədər əsərləriniz, imzanız var. Ya həqiqətənmi düşünürsünüz ki, əvəzolunmazsınız? Həqiqətənmi düşünürsünüz ki, siz getsəniz Yazıçılar Birliyi məhv olar VƏ YA onu sizdən başqa heç kim idarə edə bilməz? Bu suallara cavabınız varsa, buyurun.

HEÇ OLMASA, bircə dəfə də olsun dönüb ətrafa baxıb, ətrafın bu məsələlərlə bağlı nə düşündüyü haqqında maraqlandınızmı? Təbii ki, mən ətraf deyərkən Elçin Hüseynbəyliləri, Rəşad Məcidləri, Azər Turanları... və bu kimi mövqeyi “güllələnmişlər”i yox, necə deyərlər, illərin dəyirmanından “diri” çıxanları, çıxmaq “gücündə” olanları nəzərdə tuturam.

Hörmətli Anar müəllim, sizin ömrünüzün bu gün mübarizə, mücadilə dönəmi yox, müzakirə, istinad dönəmidir. Hər nə varsa öz vaxtında daha ucadır, daha gözəldir. Siz Yazıçılar Birliyinin rəhbərlik postundan zamanında getməli idiniz... Getməlisiniz.

İNANIRAM Kİ, siz də gələcəyi sevirsiniz... Amma unutmayın! Gələcəyi sevmək gələcəyin qarşısında dayanmaq, gələcəklə “döyüşmək” anlamına gəlmir. İndi Anar gələcəklə “döyüşür”...

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar