Xəbər lenti
Nadir İsrafilov: “Bu gün də qürur duyuram ki, təhsilimiz üçün mən də nəsə etmişəm...”
Nadir İsrafilov
Təhsil mütəxəssisi
”Təhsil təkcə ümumdövlət işi deyil, həm də ümumxalq işidir, ümummilli məsələdir.”
Təhsil səlnaməmizin ən uğurlu səhifələrindən biri də, məhz 80-cı illərin ortalarına aid edilə bilər. Bu ilkə imza atılması nəticəsində “SSRI tarixi” ümumi kursunun tərkibundə, onunla sıx əlaqədə - sinxron şəkildə öyrənilən Azərbaycan tarixi ayrıca fənn kimi keçilirməyə və attestata ayrıca qiymət yazılmağa başlandı. Tarixdən yeni proqramın fərqləndirici xüsusiyyəti ondan ibarət idi ki, məzmunun ideya-nəzəri səviyyəsi yüksəlir, onun tərbiyəvi, dünyagörüş təsiri gücləndirilir, şagirdlərin yaş imkanları və tədris planı üzrə ayrılmış vaxta müvafiq olaraq bilik, bacarıq və vərdişlərinin optimal həcminin müəyyənləşdirilməsi, onun ümumi tarix kursu ilə vəhdətinin gücləndirilməsi, qarşılıqlı əlaqəsinin təmin edilməsi, məktəblilərin təlim, tərbiyə və həyata hərtərəfli hazırlanması tam və bütövlük halında həllini tapırdı.
İlk olaraq ondan başlayım ki, Latviyanın paytaxtı Riqa şəhərində aspirant və gənc alimlərin növbəti Ümumittifaq konfransına mən də dəvət almışdım. Protokol qaydalarına əsasən tədbirin gedişi ərzində 15 müttəfiq respublikanı təmsil edən konfrans iştirakçılarının şəhərin görməli yerləri və bir sıra təhsil ocaqları ilə tanış edilməsi nəzərdə tutulmuşdu. Paytaxtın orta məktəblərinin birində olarkən, diqqətimi bir müəllimin stolunun üstündə “Latviya tarixi” dərsliyi və ayrıca tədris proqramı cəlb etdi.
Dərs başa çatdıqdan sonra müəllimlər otağında həmin müəllimlə xeyli söhbətləşdik. Məlum oldu ki, onlar “SSRİ tarixi” və “Ümumi tarix”lə yanaşı, “Latviya tarixi”ni də ayrıca fənn kimi tədris edirlər və attestata da həmin fənn üzrə qiymət ayrıca qeyd olunur. Maraqlı cəhət isə ondan ibarət idi ki, onlardan fərqli olaraq bizdə, həmçinin digər müttəfiq respublikalarda ölkə tarixi ayrılıqda deyil, məhz “SSRİ tarixi”nin tərkibində öyrənilir və vahid fənn olaraq qiymətləndirilirdi. Yəni, “SSRİ tarixi” üzrə keçirilən hər bölmənin sonunda Respublika tarixinə cəmi 1 dərs saatı ayrılırdı.
İşgüzar səfərdən qayıdan kimi səfərlə bağlı fikirlərimi Nazirliyin rəhbərliyi ilə bölüşdüm. Müstəqil proqram üzərində işləmək mənə həvalə olundu. Gecəni gündüzə qatdım. Təhsil Nazirliyində mütəxəssislərin iştiraki ilə müzakirələrdən və təsdiq olunduqdan sonra, V-XI siniflər üçün nəzərdə tutulan 80 saatlıq ilk ayrıca hazırlanmış Azərbaycan tarixi üzrə proqram 1985-cı ildə işıq üzü gördü. Həmin proqram əsasında “Azərbaycan tarixi” artıq “SSRİ tarixi” kursunun tərkibində deyil, müstəqil fənn kimi tədris planına salınır və bu fəndən attestata ayrıca qiymət yazılırdı. O dönəmdə mənim də azacıq payım olan belə bir cəsarətli addımı yalnız vətənsevərlər və onların arxasında dura bilən şəxsiyyət ata bilərdi.
Bu gün də fəxr edirəm və qürur duyuram ki, məhz sovet dönəmində, belə bir ilkə imza atılmasında mənim də payım olub. Azərbaycan tarixinin müstəqil fənn kimi tədris planına salınması və attestata ayrıca fənn kimi qiymət yazılmasının təşəbbüsçüsü, ilk Azərbaycan tarixi proqramının tərtibçisi, bundan əlavə 678 saatlıq “Tarix proqramı” ilə 82 saatlıq Azərbaycan tarixi materialının ümumi tədris planı ilə əlaqələndirilməsi və uzlaşdırılması o qədər də asan məsələ olmayıb, böyük hövsələ və gərgin zəhmət tələb edən bir iş idi. Lakin əsas zəhmət və gərginlik hələ qarşıda idi. “Azərbaycan tarixi” dərslikləri də yeni proqrama uyğun olaraq təkmilləşdirilməli və yeniləşdirilməli idi.
Nazirlikdə dərsliklərlə bağlı məsələ müzakirə edilərkən qərara alındı ki, ilkin olaraq X-XI siniflər üçün nəzərdə tutulmuş və istifadədə olan “Azərbaycan tarixi” dərsliyindən başlamaq lazımdır. Çünki, daha çox dəyişikliyə məruz qala biləcək vəsait məhz həmin dərslik idi. Dərsliyin müəllifi də məhz təhsil idarəetməsinin rəhbər işçisi idi. O həm də tarix üzrə elmlər doktoru idi. Əlbəttə bu postda dərslik üzərində işləmək onun vəzifə imkanları daxilində olmadığından müəyyən bir köməkçiyə eytiyac duyulurdu. Proqramın tərtibçisi kimi belə bir yardımçı funksiyası mənə həvalə edildi.
Əslində yeni dərslik yazılmırdı, proqrama müvafiq olaraq müəyyən materiallar dərslikdən çıxarılır, yeniləri əlavə olunurdu. Əsas dəyişikliklər partiya qurultayları, plenumları, beşilliklər və ölkədə gedən yenidənqurma prosesləri ilə bağlı idi. Bu işdə karıma əsasən qayçı və yapışqan gəldi. Müəyyən materiallar kəsildikdən, müəyyənləri isə yapışdırıldıqdan sonra, dərslik nəşr olunmaq üçün o zaman nazirliyin nəzdində olan “Maarif” nəşriyyatına göndərildi. “Siqnalnı” deyilən nüsxə redaktə üçün mənə göndərildikdə gördüm ki, mənim də adım dərsliyin müəllifi sirasında yer alıb. Dərhal və tərəddüd etmədən adımı çıxarıb, yenidən redaktə olunmuş variantı nəşriyyata göndərdim.
Dərslik nəşr olunduqdan dərhal sonra təcili Nazirliyə çağrıldım. Adımın dərslik müəllifi sırasında niyə yer almadığı barədə ciddi sorğu-suala tutuldum. Hər vəchlə dərsliyin geri göndərilməsi və yenidən çap olunması tələb edildi. Bu isə o zamanın şərtlərinə əsasən mümkünsüz görünürdü. Eyni dərsliyə təkrar olaraq əlavə vəsait ayrılması maliyyə pozğunluğu hesab edilirdi. Mən isə bu dərsliyin ərsəyə gəlməsində elə də bir səlahiyyət sahibi olmamağımda israrlı idim. Başqa çıxış yolu qalmadı. Qısa müddətdən sonra məni elmi-tədqiqat işlərindən ayırıb, rəsmi dövlət qulluğuna göndərdilər.
40 ilə yaxın bir müddət keçməsinə, tarix üzrə proqram və dərsliklərdə dəfələrlə kifayət qədər dəyişiklik və yeniləşmə edilməsinə baxmayaraq, bu sahədə hələ də təkmiləşdirmə işlərinin aparılmasına ehtiyac duyulur. Xüsusilə də məzmunun həddindən artıq mürəkkəb və ikinci dərəcəli materiallardan azad edilməsi, bir çox mətnlərin isə daha anlaşıqlı və inandırıcı şəkildə işlənməsi sahəsində. Dərsliklərimizdə Zəfər qələbəmizin parlaq səhifələrinin əks etdirilməsi isə ayrıca bir mövzunun söhbətidir...
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar