Xəbər lenti
Əliqanlı ovçuya dərviş libasi geyindirməzlər - ədəbi kütlə isə sovet ədəbiyyatından daha təhlükəlidir
KƏRAMƏT
Manevr.az
...üzərirənə fokuslanmadan öncə, bildirim ki, "Ədəbiyyat" adına satışa, sərgiyə-reklama çıxarılanlar öz təyinatı üzrə deyil, ən azından mütləq çoxluğu. Bəz nədir?
Təşkilatilanmış lal-kar-ölü ədəbi mühitin durğun göl mühafizləri və onların qulbeçələri, artıq gölməçələşən, təzələnmədiyi üçün qoxuyan zehniyyətə belə bir daş nədir, çınqıl atsan ki, "Ölüb ə" (SABİR) vətən xaini, arzulanmayan birisən. Sovet ədəbiyyatının ilk illərinin çıxsaq, 50-60 illər mühiti belə stalinilist deyildi.
Ədəbiyyatın ağrıyan yerlərini göstərmək belə yasaqdı: bunun üçün artıq "qaldırılmış rəsmi senzura" daxilinə köçürülmüşdür, nə və necə yazmalısan ki, fiziki-mənəvi qəbul görəsən? Onda da yaradıcılıq...fatehə.
KƏNAR QADAĞA-SENZURA DAXİLİ QADAĞA-SENZURAYLA ƏVƏZLƏNMİŞ.
Fərdlər üzərinə yönəlmək mahiyyətdən uzaqlaşmaq deməkdir. Yəni Xoşqədəmi hər gün seyr edib onu söymək get-gedə xoşqədəmləşməkdi; 20 ildi tamaşaçılar bu istiqamətdə "inkişaf edir". Xoşqədəmlə mübahisə onunla reklamlaşmaq bir medalın iki üzüdür.
Ədəbiyyat... başqatmaq, "kabab üstdən sərin su pis olmaz" (Ə.Kərim), "şöhrət qırıntısı dilənçiliyi"nə, özündən-tarixi mərhələlərindən qopuq vakuumda -çəkisizlikdə təyinini-təbiətini itirmiş şəkildədir ki, hamı özündəndahi, peyğəmbər olduğundandır ki, hamı üzünün arxasında biri-birinə gülür və üzdə tərifləyir.
Hələ də cəmiyyətdə "şair", "alim" adına , t/v-yə çıxana, üzdə olana hörmət var; elə düşünülür ki, əgər pis olsa, t/v-yə çıxarılmaz, şair-mair, alim-malim olmaz , deputat heç olmaz, hələ-hələ yenicə yayğınlaşır ki, elə pis olduqlarıyçın "seçiliblər", əlbəttə, mütləq çoxluq....Çoxu da şeiri-zadı buna görə yazır, özünü ruhi xəstəliyə vurur...
Görürəm və fərqindəyəm ki, uzunçuluq edirəm, bu səbəbdən yekunlaşdıraq bir rəvayətlə, bəlkə kiməsə nəsə çatdıra bilək.
Tovuz quşu Süleyman peyğəmbərə şikayətə gəlir, bir qanadı qırılmış. Quşların da dilini bilən Süleyman Tovuz quşunun qanadını qıran ovçunu çağırtdırır ki, məsələni aydınlatsın. Ovçu deyir ki, əlimdəki daşı görürdü, niyə uçub getmədi, bilirdi, onu vuracam.
Süleyman peyğəmbər dönür Tovuz quşuna:
-Sən niyə qaçıb-uçub getmədin?
-Ovcunun əynində dərviş libası vardı, mənim quş ağlıma da gəlməzdi ki, o, mənim qanadımı qırar.
...Süleyman Peyğəmbər ovçunun boynunun vurulmasını əmr edər.
Tovuz quşu deyər;
-Ya Peyğəmbər, onun başını vurmaqla başqa quşları xilas edə bilməzsən. ƏLİQANLI OVÇUYA DƏRVİŞ LİBASI GEYDİRMƏ.
................................
Qırıq qanadı yerlə sürünən Tovuz quşunun arxasınca baxan Peyğəmbər başını iki əlinin arasına alıb qalar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar