Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda eşşək ətinin satışına icazə verilir – Rəsmi açıqlama

Tarix: 06-01-2020 11:23     Baxış: 3365 A- / A+
Azərbaycanda eşşək ətinin satışına icazə verilir – Rəsmi açıqlama

“Eşşək əti zərərli ət deyil. Bizdə ənənəvi olaraq eşşək ətindən istifadə olunmur”.

Manevr.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Baytarlıq nəzarəti şöbəsinin müdiri – Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

AQTA rəsmisinin sözlərinə görə, bəzi hallarda rast gəlinən neqativ hal ondan ibarətdir ki, eşşək, at əti və sairə ətlər öz adı ilə deyil, başqa adlarla təqdim olunur:

“Məsələn, mal əti adı ilə istehlakçılara satılması qanun pozuntusudur. Eşşək əti öz adı ilə müvafiq qaydada müayinələrdən keçsə, mənşəyi bilinsə və satışa təqdim olunsa, istehlak oluna bilər. Eşşək adı ilə at ətinin satılması hallarına bizdə rast gəlinməyib”.

Qalib Əbdüləliyev deyib ki, eşşək ətinin yeyilməsi Azərbaycan üçün xas ənənə deyil: “Dünyanın bir çox ölkələrində eşşək əti mətbəxdə istifadə olunur və qida kimi qəbul edilir”.azvision.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar