Sizin Reklam Burada
Xəbər lenti
03-12-2024
02-12-2024
BÜTÜN XƏBƏRLƏR

Bu ailələr ictimai nəqliyyatdan pulsuz istifadə edə bilər

Tarix: 19-11-2024 21:59     Baxış: 349 A- / A+
Bu ailələr ictimai nəqliyyatdan pulsuz istifadə edə bilər - AÇIQLAMASon günlər ən çox müzakirə olunan məsələlərdən biri şəhid və qazi ailələrinə ictimai nəqliyyatdan pulsuz istifadə haqqının verilməsidir.

Bəs görəsən dövlət bu addımı ata bilərmi?

Sosioloq Lalə Mehralı bildirib ki,
"Dövlət şəhid və qazi ailələrini ictimai nəqliyyatdan pulsuz istifadə etmək haqqı ilə mütləq şəkildə təmin etməlidir. Necə ki, o oğullar dövlətin suverenliyi, müstəqilliyi üçün öz canlarından keçiblər, sağlamlıqlarını qurban veriblər, eləcə də dövlət onların rifahını təmin etməyi öhdəsinə götürməlidir. Düzdür, şəhid ailələrinin müəyyən imtiyazları var, amma qazi ailələrinin də imtiyazları artırılmalıdır. Şəhid və qazi ailələrinin ictimai nəqliyyatdan pulsuz istifadə məsələsi həllini tapmalıdır. Ola bilər xüsusi ictimai nəqliyyat kartı ilə təmin olunsunlar, ola bilər sırf nəqliyyat üçün aylıq müəyyən məbləğ ödənilsin, amma mütləq nəsə edilməlidir. Necə ki, onlar bu vətən üçün öz sağlamlıqlarını qurban verib. Bu dövlət də onların və ailələrinin rifahı üçün əlini daşın altına qoymalıdır. Gəlin nəzər yetirək - Müharibə iştirakçısı bir qazi əgər əlilliyi təsdiqlənməyibsə, 80 manat müavinət alır. Biz bilirik ki, bu gün bir çox qazinin fiziki xəsarəti yoxdur deyə əlilliyi təsdiqlənmir. Bəs onların mənəvi, psixoloji sarsıntıları? Fiziki əlilliyi olmayan müharibə iştirakçılarını qazi kimi tanımamaq, onlara pensiya ayırmamaq ədalətsizlikdir. 80 manat müavinət onların 1 aylıq dərman pullarını belə qarşılamır. O ki, qaldı kənar xərclər. Onların övladları gün ərzində azı 6 dəfə ictimai nəqliyyatdan istifadə edilər. Məktəbə gedirlər, məşğələlərə gedirlər. Bütün bunlar əlavə xərcdir. Dövlət bu məsələdə güman edirəm ki, öz kölgəsini onların üstündə hiss etdirməlidir. Onlar anlamalıdırlar ki, öz sağlamlıqlarını boşuna qurban verməyiblər bu dövlətin yolunda. O şəhid övladları anlamalıdırlar ki, ataları bu dünyada olmasa belə dövlət onlara sahib çıxır".

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar