Xəbər lenti
“O salxım buludlar bu gecə qara...”
Rəfail Tağızadə
İstedadlı şair Rəfail Tağızadənin “Gecə xəyalları” kitabı barədə (qısa) qeydlər
(Birinci yazı)
Poetik səpkili şeir (müasir düşüncəyə) uyğun fikir sabitliyi qurursa, orada qlobal nəsə axtarmağa lüzum yoxdur; o tərz şeirlərdə modernçi ənənə elə də kəskin (bir) məqsəd aşılamır... Ancaq bu tip nümunələrdə ədəbi-ictimai zəmin - motivasiya özünü aydın təsbit etməlidir... Çünki lirik hiss oxucunu azdıra, onu (bəzən) yanlış səmtlərə ötürə bilər. Nəticədə, şeirdəki məna anlaşılmaz, şair oxucusuna bitkin təəssürat verə bilməz...
Biz, istedadlı şair Rəfail Tağızadənin poeziyası ilə tanış olduqdan sonra bu qənaət(lər)ə gəldik. Bir daha əmin olduq ki, şeir təkcə (zəngin) qafiyə təzadı üzərində əks etmir, həm də mənadakı yenilikçi proseslə təzahür edir...
Fikrimizə (bir daha) əmin olmaq üçün Rəfail Tağızadənin “Gecə xəyalları” kitabı ilə təmas qurduq. (Səmimi deyək), kitabda toplanan şeirlər bizi nostalji təfərrüata sövq etdi, müəllifin ədəbi fəhmi, şeirlərindəki sanbal, köhnə-təzə ruh (onunla bağlı) qənaətimizdə redaktə aparmaq zərurəti yaratdı...
Rəfail Tağızadənin “Gecə xəyalları” kitabını vərəqləyirik; bəlli olur ki, şair oxucunu qarşısında oturdur – əvvəlcə (onun) rəsmini çəkir, sonra da ona sahilli, dalğalı-ləpəli dəniz, aylı-ulduzlu, bəzən də Ayı buludda ilişib qalmış gecə nəğmələri oxuyur... Oxucu da bu poetik təranələrin fövqündə özü ilə təmas qurur - özünə qayıda bilir...
Bu, (təbii ki,) qələm sahibi üçün (bir) uğurdur.
“Gecə xəyalları”ndakı (bəzi) poetik çırpıntılara diqqət edək:
Aysız gecələrdə qaranlıq qatı,
Küçənin halını fanarlar bilər...
***
Sənin könül qapını
Gözlərimlə döyürəm...
***
İki nəfərlik boş süfrə,
əlləri ilə oynayan
körpənin qığıltıları,
qapıya dikilən baxış,
içinə ağlayan qadın,
əlində dolu badə...
Ayrılıqdan da ağır olurmuş
Göz yaşlarıilə dolu badə.
***
Ayda çəkilibdi bu göy üzündən,
O salxım buludlar bu gecə qara.
Məni çil-çıraqla sahildə gəzmə,
Məni zülmətlərin içində ara...
Məzmunsuz performans göstərən şeirlərdə (çox vaxt) fikir-qayəsi stemsiz anlam təsiri verir. Bu, oxucuda narazı hislər doğurur. Ancaq Rəfail müəllimin qələm nümunələrində, xüsusən də yuxarıda nümunəg ətirdiyimiz şeirlərində performans müasirdir, yenilikçi-tərənnümçüdür, fikir sözü, söz fikri təmin edir. Diqqət edək: “Aysız gecələrdə qaranlıq qatı, Küçənin halını fanarlar bilər...”. Əlbəttə, bu iki misrada məna bəllidir; qatı qaranlıqda küçə tənhalaşır, onun hansı məcrada acı çəkdiyini fanarlar dəqiq müşahidə edir. Əslində, burada məqsəd başqa anlamdadır: ruhu saran, canı zəlil edən nəfsi asılılıq günah şəklində insanı qaranlıq hücrədə sıxır, onun hansı mənada ah çəkdiyini ürcah olduğu səmtlər yaxşı görür. Bu, o mənaya gəlir ki, Rəfail müəllim aydın fövqü olan bir fikirlə dərin qatları olan başqa bir fikir ifadə edir...
Yaxud, aşağıdakı şeirdə müəllifin qənaəti fərqli təzahürdədir:
İki nəfərlik boş süfrə,
əlləri ilə oynayan
körpənin qığıltıları,
qapıya dikilən baxış,
içinə ağlayan qadın,
əlində dolu badə...
Ayrılıqdan da ağır olurmuş
Göz yaşlarıilə dolu badə.
Şeirdə acı bir həyat hekayəsi var; bəxti olmayan ana və körpənin təsirli həyat hekayəsi. Şeirdə körpə öz qığıltılarına “əsirdir”, ana göz yaşlarına. Qapıya dikilən baxış(lar)da (isə) hələ də ümid işartısı var; ana əmin olmaq istəyir ki, onu tək qoyan adam bəlkə qayıtdı... Lakin qapıdan heç kölgə də keçmir. Burada ayrılıqla acizlik eyni şəkildə, həm də fərqli mənadadır. Biri uzaqlıq hissidir, digəri təklik. Biri ruhu titrədir, digəri nəfsi...
Bu şeir yığcam şəkildədir, fəqət son dərəcə dərin anlam kəsb edir; burada bir ailənin, (bir) ailəni təmsil edəni ki, əslində isə üç şəxsin obrazı diqqət çəkir: körpənin, badəni gözyaşları ilə dolduran ananın, onları başsız qoyan insanın.
Şeirin başqa bir mahiyyəti budur: yanlış seçim səhv addımdır, adamı doğruya yox, yanlışa aparır...
Rəfail müəllimin aşağıdakı şeirlərində də ictimai zəmin fəlsəfi-ədəbi balansdadır:
Taleyin boz fəsli dəyişmir hələ...
***
Səs-küysüz,
Sahibsiz bağ evi,
Hasarından sarı əncir sallanır,
Qapısından qara qıfıl...
***
...Neçə ildi qaçıram,
Yol məndən uzaqdadı.
***
Bu gecə yuxuma kimlər girəcək?
Bu dar otaqların yuxusu qəliz.
Eh, məni haradan tapacaqlar ki,
Şəhər küçələri saxlamayıriz...
***
Üz-gözümdə bir baxışın kölgəsi,
Qulağımda iyirmi üç il öncənin qadın səsi...
Bu şeir parçalarında da ədəbi ovqat düşündürücü zəmindədir; müəllif oxucuya aydın sezdirdiyi mənaları həm də başqa anlamda – məzmunda xarakterizə edir.
Məsələn:
Səs-küysüz,
Sahibsiz bağ evi,
Hasarından sarı əncir sallanır,
Qapısından qara qıfıl...
Bu şeirin mahiyyəti bizə aydın fövqlər verir: bağ evi sahibsizdir, budanmamış əncir ağacı hasarı, qara qıfıl isə qapını sarıb. Bu ev addım səslərinə tamarzıdır və s.
Digər bir təfərrüat da şeir bizə bunu deyir: İnsan günaha əsir olub. Allahdan uzaq düşür, şeytan onu təkliyin sacında qovurur. Belə halda insanı nə torpaq əfv edir, nə ruh. Yaşadığı ömür içində heç kim olmayan (qərib) ev kimi görünür, həyatını qanqallar sarır, tikanlar bürüyür və s...
Rəfail müəllimin şeirlərində müşahidəçi qabiliyyəti də xüsusi anlam kəsb edir.
Məsələn:
Yarpaqlar
Lampayla gizlənpaç oynayır həyətdə,
Tənha evdə xatirələr.
Xəyallar təpənin o tayında, -
Qəribəm...
***
Bir badə şərab tək içildi getdi,
Mən belə sevgini neynim, İlahi?
***
Ağacın yaylığı ayaqlar altda,
Yeriyə bilmirəm çığırtısından...
***
Fikirləri qanad kimi qol açıb,
Bu qız uçur xəyalların içində.
Xəyalları, arzuları sona ver,
İstəyini ona yetir, ona ver,
Ey Yaradan, Sən bu qızı yola ver,
Bu qız uçur xəyalların içində.
Həm yuxarıda verdiyimiz, həm də bu şeir parçalarında şair müşahidəsi güclü aspektdədir; hadisələr dəqiq izlənilib, ədəbi proseslər nöqtəsinə qədər incələnib. “Yarpaqlar lampayla gizlənpaç oynayır həyətdə, Tənha evdə xatirələr. Xəyallar təpənin o tayında, - Qəribəm...”. Yaxud: “Ağacın yaylığı ayaqlar altda, Yeriyə bilmirəm çığırtısından...”. Bu nümunələrdə dəqiq (bir) izləmə var, çoxunun görə bilmədiklərini şair aydın görür, (onları) poetik müstəvidə əxz edir.
Bir sözlə, Rəfail Tağızadə şeirində söz özündən, fikir (ürcah olduğu) çərçivədən böyükdür; mənanı ifadə edən poetik şəkil əslində, bir zərgər işidir. Bu da hansı səmtdən boylansaq, (dəqiq) bir məna verir: “Gecə xəyalları”nızın ədəbi missiyası işıqlıdır, Rəfail müəllim!
Hikmət Məlikzadə
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar