Xəbər lenti
Xanlar Vəliyev: "Səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 98, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılmışdır"
2023-cü ilin 8 ayı ilə müqayisədə, 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 24,7 %, hərbi xidmət əleyhinə olan cinayətlər 25,9 %, qeyri-hərbi cinayətlər isə 23,4 % azalmışdır. Eyni zamanda, Özünü öldürmə həddinə çatdırma cinayətləri 82,4 %; Fərarilik cinayətləri 93,3%; Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər cinayətləri 28,1%; Hərbi xidmətdən yayınma cinayətləri 34%; Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 83,3%; Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 30,8%; Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50%; Xuliqanlıq cinayətləri 75%; Rüşvət alma (passiv rüşvətxorluq) və Rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətləri isə 59,7% azalmışdır.
Manevr.az xəbər verir ki, bu sözləri Hərbi prokuror Xanlar Vəliyev bu gün "Respublika" qəzetində dərc edilmiş məqaləsində demişdir.
"Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin də keçən dövrü ərzində Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əməkdaşlar əzmlə çalışmışlar. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş səmərəli fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və zəhməti sayəsində ötən səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 98, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılmışdır", Xanlar Vəliyev vurğulayıb.
Nigar Nəriman
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar