Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
20-12-2024
BÜTÜN XƏBƏRLƏR

Aynur Poluxova inzibati məsuliyyətə cəlb edildi

Tarix: 30-09-2024 18:51     Baxış: 368 A- / A+


Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxova inzibati məsuliyyətə cəlb edilib.
Manevr.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Aynur Poluxovanı İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimələyib.
Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Aynur Poluxova dövlət qurumunun qərarından məhkəməyə şikayət verib. Onun şikayətinə Yasamal Rayon Məhkəməsində baxılacaq. Oktyabrın 7-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Mirsadiq Seyidovun sədrliyi ilə keçiriləcək.
Aynur Poluxova K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifəsinə 2023-cü ildə təyinat edilib. Buna qədər o, direktorun müavini vəzifəsində işləyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar