Sizin Reklam Burada
Xəbər lenti
14-06-2024
13-06-2024
BÜTÜN XƏBƏRLƏR

Qərbi Azərbaycan Xronikası: “Qovulduğumuz üçün əşyalarımızı götürə bilmədik” - VİDEO

Tarix: 18-09-2023 19:50     Baxış: 3261 A- / A+



Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən olub.
O, doğulub boya-başa çatdığı Qafan rayonundan, babası ilə birlikdə gəzib-dolaşdığı kəndlərdən, ov ovlamasından, məktəb illərindən söhbət açıb, Qərbi Azərbaycanla bağlı uşaqlıq xatirələrini dilə gətirib. Bildirib ki, Qafan rayonunda yaşadığı illər, oradakı həyat tərzi indi də gözləri önündə canlanır və o xatirələr həyatında silinməz izlər buraxıb.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətindən danışan R.Həsən vurğulayıb ki, onların ailəsi, eləcə də Qafanda yaşayan azərbaycanlıların böyük əksəriyyəti qovulduqları üçün nə evlərini dəyişə biliblər, nə də əşyalarını götürə biliblər:
“Hər 4-5 ailəyə bir yük maşını ayırmışdılar ki, minin və buranı tərk edin. O yük maşınına da ailə üzvləri sığışırdı. Zəruri kiçik əşyalardan başqa heç nə götürmək mümkün olmadı. Çünki yerləşdirməyə yer yox idi. Evimiz də, əşyalarımız da orada qaldı. Beləcə uşaq vaxtı bu qaçqınçılığı yaşadım. Qovulduğumuz üçün nə evimizi dəyişə bildik, nə də əşyalarımızın hamısını özmüzlə gətirə bildik. Sağ-salamat gəlib Azərbaycana çatmaq özü bir uğur sayılırdı o zaman. Çünki saqqallı ermənilər, quldur dəstələri pusqu qurur, azərbaycanlıların köç karvanının qarşısını kəsir, onları öldürürdülər”.   
Deputat R.Həsən Qərbi Azərbaycan tarixinin olduğu kimi öyrənilməsinin, tədqiq edilməsinin, gələcək nəsillərə çatdırılmasının zəruri olduğunu söyləyib. O, Qərbi Azərbaycan İcmasının fəaliyyətinə, Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə də toxunub. Bildirib ki, İcma ətrafında cəmləşən azərbaycanlıların məqsədi və hədəfi öz ata-baba torpaqlarına topsuz-tüfəngsiz, dinc şəkildə, təhlükəsiz qaydada geri qayıtmaqdır. Onun sözlərinə görə, indiki Ermənistan milyonlarla Qərbi Azərbaycan sakininin pozulmuş hüquqlarını təmin etməlidir. Azərbaycanın Qarabağdakı erməni icması ilə danışıqlar aparmaq üçün nümayəndə təyin etdiyini xatırladan R.Həsən vurğulayıb ki, Ermənistan da eyni qaydada Qərbi Azərbaycan İcması ilə danışıqlar aparacaq nümayəndə təyin etməlidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tarixi torpaqlarımıza qayıdışla bağlı səsləndirdiyi fikirlərdən, həyata keçirdiyi siyasətdən söhbət açan deputat qeyd edib ki, dövlət başçısının qətiyyəti və prinsipial mövqeyi sayəsində Qərbi Azərbaycan türkləri Zəngəzura, İrəvana, Göyçəyə və digər ərazilərə mütləq qayıdacaqlar.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar