Sizin Reklam Burada
Xəbər lenti
20-08-2026
19-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Neftçi"-"Sumqayıt" oyununda dava

Tarix: 01-09-2019 22:42     Baxış: 3247 A- / A+
"Neftçi"-"Sumqayıt" oyununda dava

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

"Bakcell Arena"da "Neftçi" "Sumqayıt"ı qəbul edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 33-cü dəqiqədə "Sumqayıt"ın yeni transferi Mehdi Şərifi açıb. O, qapıçı Səlahət Ağayevin kobud oyunundan sonra təyin olunmuş penaltini dəqiq yerinə yetirib. Şərifi bununla da qollarının sayını 3-ə çatdıraraq, bombardir olub.

"Neftçi" bu qola 64-cü dəqiqədə kapitan Emin Mahmudovun dəqiq zərbəsi ilə cavab verib.

83-cü dəqiqədə Murad Xaçayev ikinci sarı vərəqə alaraq, qonaqları azlıqda qoyub. Meydan sahibləri say üstünlüyündən uzatma dəqiqələrində Stiven Jozef-Monrozun dəqiq zərbəsi ilə yararlana bilib. Bu qoldan sonra meydanda iki komandanın üzvləri arasında toqquşma baş verib. Nəticədə "Neftçi"nin məşqçisi Etibar Tanrıverdiyev "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovu vurub. Eyni zamanda müdafiəçilər Anton Krivotsyukla Vurğun Hüseynov mübahisə edib. Referi hər iki oyunçunu meydandan qovub.

Bununla da ilk qələbəsini qazanan "Neftçi" xallarını 4-ə çatdırıb və 5-ci pilləyə yüksəlib. 3 xalı olan "Sumqayıt" isə 6-cı pilləyə enib.report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar