Xəbər lenti
Azərbaycanda qadın süd vəzilərinə banka qoydu - Dəhşətli nəticə - ŞƏKİLLƏR

Azərbaycanda bu vaxta qədər görülməyən türkəçarə metodu bu dəfə radioloq-mammoloq Günel Qəmbərovanın tibbi praktikasında rast gəlinib.
Süd vəzisindən irinli qanlı ifrazat gəldiyini görən pasient nəhayət ki, mammoloq yanına gəlir.
Həkim müayinə zamanı gördüyü mənzərədən dəhşətə gəlir.
"XXI əsrdir amma yenə də belə nadir hallarla üz-üzə gəlirik. Qadın süd vəzisindəki ağrıları götürmək üçün sinəsinə banka qoyub. Nəticə süd vəzidən qanlı ifrazat gəlməyə başlayıb. Heç süd vəzilərinə banka qoymaq olarmı? Sabah görsək ki, biri banka qoyub, sonra çərtib qan çıxarıb, daha təəccüblənməyəcəm”.
Xəstəyə dukloqrafiya – kontrastlı mammoqrafiya olunub, axarlara baxılıb.
Radioloji rəy olaraq süd vəzinin axarlarının deformasiyası, xaotik düzülüşü aşkarlanıb. Digər süd vəzisində axardaxili papilomalar görüldü.
Histoloji rəy olaraq axardaxili papiloma verildi.
Vəzilərə kortəbii, yanlış olaraq banka qoymaqla süd vəzidə təzyiqi qaldırmış, bir axar deformasiya olmuş, digər axarda isə əvvəlcə kiçik olan papilomalar böyümüşdür və axarlardan qanlı irinli ifrazat ilə yekunlaşıb.
Həkim süd vəzilərinə belə müdaxilələrin yolverilməz olduğunu və süd vəzilərdə patoloji dəyişikliklər yaradacağını və xəstənin vəziyyətini ağırlaşdaracağını bildirib. medicina.az
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Təqvim
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar