Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şok proqnoz – Bu xəstəlik 4 dəfə artacaq – Gənclər təhlükədə!

Tarix: 15-04-2019 10:26     Baxış: 3244 A- / A+
Şok proqnoz – Bu xəstəlik 4 dəfə artacaq – Gənclər təhlükədə!


Dünya həkimləri müasir gənclər arasında qaraciyərin qeyri-alkoqol səbəbli piylənməsi səbəbindən bu orqanın xəstəliklərinin kəskin və sürətli artması ilə bağlı həyəcan siqnalı verir.

Manevr.az xəbər verir ki, içki içməyən insanlarda belə inkişaf edən qaraciyərin piylənməsi, bu orqanda həddən çox lipidlərin toplanması-steatoz səbəbindən baş verir.

Statistikaya görə, dünya əhalisinin 20%-i qeyri-alkoqol piylənmədən əziyyət çəkir. Bu xəstəlik ildən-ilə artmasl ilə cəmiyyətin sağlamlığı və iqtisadiyyat üçün ciddi fəsadlara gətirib çıxaracaq.

Əvvəllər bu problem 40 yaşından yuxarı insanların xəstəliyi hesab olunsa da, elmi araşdırmalar göstərir ki, indi hətta 23-25 yaşlı gənclər də qaraciyər piylənməsindən əziyyət çəkir.

Qaraciyərin belə piylənməsi diabet, qaraciyər xərçəngi, infakrt üçün zəmin yaradır.
Bristol Universitetinin alimləri 4000 gənc insanı müayinə edərək, layihənin adını ” 90-cı illərin uşaqları” qoyublar. Çünki hədəf 1990-1992- ci illər nəslinin qaraciyər göstəricilərini analiz etmək idi.

Bu insanların hamısı 18 yaşında Usm müayinə olunub və onların cəmi 2,5 %-də qeyri-alkoqol piylənmə aşkarlanmışdı. 5 il sonra həmin 4000 nəfər yenidən Usm olunur, bu dəfə artıq 20%-də qaraciyərin steatozu aşkarlanıb. Xəstələrin yarısının vəziyyəti artıq ağıra doğru gedirdi.
2,4 %-də isə qaraciyərin sirrozuna doğru vəziyyət tapılıb.

Doktor Kuşala Abeyseker bildirib ki, biz 24 -25 yaşlılar arasında hər 5 nəfərdən birinin steatozdan əziyyət çəkməsindən narahatıq: “Müayinə etdiyimiz indiki gənclər 20 il sonra 50-60 yaşına çatanda qaraciyər xəstəlikləri epidemiya halını alacaq. 20-30 il sonra normal qaraciyəri olan insanların sayı çox az olacaq”.

Qaraciyərin müalicəsi, əməliyyatı isə tibb və iqtisadiyyat üçün çox bahalıdır və bu böyük böhran yarada bilər.

Qaraciyərin piylənməsinin 2 səbəbi var: alkoqol və piylənmə. Piylənmə isə qidalanmadan qaynaqlanır. Gənclər düzgün qidalanıb, sağlam pəhriz saxlamaqla qaraciyərini xilas etməlidir. /Medicina/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar