Xəbər lenti
Toyda rəqs edən qonaqların telefonları oğurlandı
Manevr.az xəbər verir ki, polis tərəfindən keçirilən tədbirlərlə əməli törədən, əvvəllər məhkum olunan M.Rəhmanov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, M. Rəhmanov rayon ərazisində yerləşən restoranlarda keçirilən toy məclislərinə daxil olaraq qonaqların mobil telefonlarını oğurlayıb. O, məclislərdə iştirak edən şəxslərlə heç bir tanışlığı olmadığı halda restoranlara daxil olub, masaların ətrafında gəzərək qonaqları müşahidə edib. Məclis iştirakçılarından hər hansı biri rəqs etmək üçün masadan uzaqlaşdıqda isə masanın üzərindəki mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıb.
Araşdırma zamanı onun iki nəfərə məxsus, ümumi dəyəri 3300 manat olan mobil telefonları oğurladığı, daha sonra hər iki telefonu ümumilikdə 710 manata satdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
M. Rəhmanov məhkəmənin qərarı ilə həbs edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































