Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə Bakıda usta işlədiyi evdən 80 min dollar oğurlamaqda təqsirləndirilən Sərxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Xəbər lenti
Usta işlədiyi evdən 80 min dollar oğurladı – HÖKM OXUNDU
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə Bakıda usta işlədiyi evdən 80 min dollar oğurlamaqda təqsirləndirilən Sərxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Məhkəmədə təqsirləndirilən şəxs barəsində hökm oxunub.
Hökmə əsasən, Sərxan Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, hadisə 2026-cı ilin martında Bakının Sabunçu rayonunda baş verib.
Belə ki, Sərxan Məmmədov əvvəllər usta kimi çalışdığı evin ikinci mərtəbəsinə pəncərədən daxil olub. O, otaqda yerləşən dəmir seyfin qapısını çəkiclə sındıraraq içərisindəki 80 min dolları oğurlayıb və hadisə yerindən qaçıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində Sərxan Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Oğurlanan pulun sahibinə qaytarılması təmin edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Sərxan Məmmədova Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham irəli sürülüb. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































