Sizin Reklam Burada
Xəbər lenti
16-11-2026
15-11-2026
BÜTÜN XƏBƏRLƏR

Tələbənin ölümündən sonra universitetdə etirazlar başladı - VİDEO

Tarix: 17-11-2026 14:03     Baxış: 320 A- / A+

Tələbənin ölümündən sonra universitetdə etirazlar başladı - VİDEO


Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında 20 yaşlı tələbə Elvira Eyyubovanın vəfatından sonra tələbələr sosial şəbəkələrdə tədris və imtahan yükü ilə bağlı narazılıqlarını bildiriblər.
Manevr.az Baku TV-yə istinadən xəbər verir ki, 2024-cü ildə qəbul imtahanlarında 637 bal toplayaraq universitetə daxil olan tələbə noyabrın 14-də axşam saatlarında yataqxanada bacısı tərəfindən ölü vəziyyətdə aşkarlanıb. O, noyabrın 15-də doğulduğu Qəbələ rayonunda dəfn edilib.
Hadisədən sonra paylaşımlar edən tələbələr imtahanların ardıcıl günlərə təyin olunduğunu, bəzi imtahanlar arasında hətta 24 saatlıq fasilənin olmadığını iddia ediblər.
Paylaşımlarda yeddi-səkkiz gün ərzində ardıcıl imtahanların keçirilməsinin ciddi psixoloji gərginlik yaratdığı, hazırlıq zamanı tələbələrin yuxu və qidalanma rejiminin pozulduğu bildirilib. Bəzi tələbələr Elviranın da son günlər intensiv dərs oxuduğunu və az yatdığını yazıblar.
Bununla belə, tələbənin ölüm səbəbi ilə imtahan stresi arasında əlaqə təsdiqlənməyib. Ölümün səbəbi barədə nəticə aidiyyəti qurumların araşdırması əsasında müəyyənləşdirilməlidir.
Baku TV-nin reportajında imtahan cədvəllərinin hazırlanması, imtahanlar arasında hazırlıq və istirahət üçün ayrılan vaxt, eləcə də tələbələrə psixoloji dəstək imkanları ilə bağlı məsələlər qaldırılıb. Təqdim olunan reportajda universitetin bu iddialara münasibəti yer almayıb.

Manevr.az

 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar