Xəbər lenti
Tələbənin ölümündən sonra universitetdə etirazlar başladı - VİDEO
Manevr.az Baku TV-yə istinadən xəbər verir ki, 2024-cü ildə qəbul imtahanlarında 637 bal toplayaraq universitetə daxil olan tələbə noyabrın 14-də axşam saatlarında yataqxanada bacısı tərəfindən ölü vəziyyətdə aşkarlanıb. O, noyabrın 15-də doğulduğu Qəbələ rayonunda dəfn edilib.
Hadisədən sonra paylaşımlar edən tələbələr imtahanların ardıcıl günlərə təyin olunduğunu, bəzi imtahanlar arasında hətta 24 saatlıq fasilənin olmadığını iddia ediblər.
Paylaşımlarda yeddi-səkkiz gün ərzində ardıcıl imtahanların keçirilməsinin ciddi psixoloji gərginlik yaratdığı, hazırlıq zamanı tələbələrin yuxu və qidalanma rejiminin pozulduğu bildirilib. Bəzi tələbələr Elviranın da son günlər intensiv dərs oxuduğunu və az yatdığını yazıblar.
Bununla belə, tələbənin ölüm səbəbi ilə imtahan stresi arasında əlaqə təsdiqlənməyib. Ölümün səbəbi barədə nəticə aidiyyəti qurumların araşdırması əsasında müəyyənləşdirilməlidir.
Baku TV-nin reportajında imtahan cədvəllərinin hazırlanması, imtahanlar arasında hazırlıq və istirahət üçün ayrılan vaxt, eləcə də tələbələrə psixoloji dəstək imkanları ilə bağlı məsələlər qaldırılıb. Təqdim olunan reportajda universitetin bu iddialara münasibəti yer almayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































