Biləsuvarda məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü həbs edilib.Biləsuvarda dövlət yol polisi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisindəki ümumtəhsil məktəblərindən birinin qarşısında avtoxuliqanlıq hərəkətləri edən sürücü Qurban Aslanov saxlanılıb.O, idarə etdiyi “VAZ-21 06” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçılarının, o cümlədən həmin vaxt məktəbin giriş qapısının önündə dayanmış məktəblilərin həyat və sağlamlığına təhlükə yaradıb. apa




































