Xəbər lenti
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi

Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Tibb Universitetinin (ATU) 17 yaşlı tələbəsi yataqxanada ölü tapılıb.
TƏBİB-dən verilən açıqlamada bildirilib ki, noyabrın 14-də saat 15:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Tibb Universitetinin yataqxanasından çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
"Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər qadının həkiməqədər ölüm faktı qeydə alınıb", - açıqlamada qeyd olunub.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































