Xəbər lenti
Türkiyə vətəndaşı Bakıda restoranda dava saldı

Manevr.az lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb.
35 yaşlı Türkiyə vətəndaşı olan Erol restoranın foyesində Azərbaycan vətəndaşı olan Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə vurub. Nəticədə Əliağa xəsarətlər alıb. Hadisə zamanı Əliağanın həyat yoldaşı da yanında olub.
Erolun sözlərinə görə, hadisəyə səbəb Əliağanın onun dayısı qızına söz atması olub.
Faktla bağlı cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını və dəymiş zərəri ödədiyini bildirib. Zərərçəkən Əliağa da həmçinin Erola qarşı heç bir şikayətinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Erol məsuliyyətdən azad olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































