Goranboyda orta məktəbdə insident baş verib.
Manevr.az xəbər verir ki, hadisə Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasında qeydə alınıb.
Kənd sakini 1999-cu il təvəllüdlü Əfsanə Rzayeva Hazırəhmədli kənd tam orta məktəbinin binasına daxil olaraq bıçaqla müəllimin əlinə xəsarət yetirib. Həmçinin onun şagirdlərə də xəsarət yetirməyə cəhd etdiyi bildirilir.
DİN-in Mətbuat Xidmətinin regional qrupun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”nun sorğuuna cavab olaraq bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Hazırəhmədli kənd sakini olan bir nəfər qadın valideynin kəsici-deşici alətlə məktəbə gəlməsi, övladını döyməsi və onu sakitləşdirmək istəyən müəllimə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları məktəbə gələrək müvafiq tədbirlər həyata keçirib. Hadisəni törətməkdə şübhəli bilinən Ə.Rzayeva saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.apa
 Xəbər lenti 
					
 
		Məktəbdə müəllimə bıçaqla xəsarət yetirən valideyn saxlanıldı

	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















