Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Bizə qoşul və xilas et” layihəsinə start verilib

Tarix: 26-09-2020 12:52     Baxış: 3559 A- / A+
“Bizə qoşul və xilas et” layihəsinə start verilib


Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi" çərçivəsində icra edilən “Bizə qoşul və xilas et!” layihəsinin ZOOM proqramı vasitəsilə onlayn təqdimatı keçirilib.

Onlayn təlimdə Ağsu rayon Təhsil Şöbəsinin əməkdaşi Elnur Fərzəliyev, İsmayıllı Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, layihənin eksperti, təlimçisi və Ağsu rayonunda fəaliyyət göstərən müəllimlər iştirak edib.

Layihə rəhbəri, Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi Ziba Məmmədova layihənin məqsədi və layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, "Layihə çərçivəsində Ağsu rayonunun ən qabaqcıl müəllimlərinin bir araya toplanması "Erkən evliliyin bioloji fəsadları" mövzusunda onlayn seminarların təşkil edilməsi, məktəblilə arasında "Erkən evliliyin bioloji fəsadları" mövzusunda inşa yazı müsabiqəsinin keçirilməsi, “Ailə xilaskarları” onlayn klubunun yaradılması, “Erkən evliliyin fəsadları" adlı bukletin hazırlanması və çap edilərək Ağsu rayon məktəblərinin müəllimləri yuxarı sinif şagirdləri arasında yayılması nəzərdə tutulub".

İsmayıllı Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Lətifə Əliyeva layihənin cəmiyyət üçün əhəmiyyətindən danışıb, Uşaq və Ailələrə Dəstək Mərkəzi olaraq sözügedən mövzuda görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, erkən evlilik problemləri ilə bağlı görüləcək işlər çərçivəsində valideynlər və evliliyə namizəd oğlanlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi zəruridir.

Onlayn təlimdə iştirak edən Ağsu Rayon Təhsil Şöbəsinin Metodik Kabinetinin müdiri Elnur Fərzəliyev layihənin təhsil müəssisələrində çalışan müəllimlərin və təhsil alan yuxarı sinif şagirdlərinin maarifləndirilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

Təlimçi Elnarə Qasımova, erkən evlilik probleminin həlli istiqamətində görülən işlərdən danışıb.

Seminarda iştirak edən müəllimlər və könüllü gənclər mövzu ətrafında fikir mübadiləsi aparıblar. Qarşılaşdıqları həyat hekayələrini misal göstərərək erkən evliliklərin fəsadlarini diqqətə çatdırıblar.

Elnarə Günəş,
AJB-nin üzvü.


“Bizə qoşul və xilas et” layihəsinə start verilib
“Bizə qoşul və xilas et” layihəsinə start verilib
“Bizə qoşul və xilas et” layihəsinə start verilib
“Bizə qoşul və xilas et” layihəsinə start verilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar